Loğmanın (ə) oğlu nə üçün iftarsız qaldı?
Mьəllif: admin1
Tarix: 1-06-2019, 23:28
Loğmanın (ə) oğlu nə üçün iftarsız qaldı?
Loğman (ə) oğluna dedi:

- Bu gün yemək yemə və oruc tut və hər nə dilinə gətirmisənsə yaz. Axşam yazdıqlarını mənim üçün oxu. Ondan sonra orucunu aç və yemək ye.

Oğlan axşam hər nə yazmışdırsa, oxudu. Gec oldu və yemək yeyə bilmədi.

İkinci gündə də belə oldu və oğlan heç bir yemək yemədi.

Üçüncü gündə də danışdıqlarını yazdı və axşam oxumağa başladı. Yenə də qurtara bilmədi və heç bir yemək yeyə bilmədi.

Dördüncü gündə isə oğlan heç bir söz danışmadı.

Axşam atası ondan istədi ki, kağızları gətirsin və yazdıqlarını oxusun.

Oğlan dedi:

- Bu gün heç nə deməmişəm ki, oxuyum.

Loğman (ə) dedi:

- Elə isə gəl otur və süfrədə olan bu çörəkdən ye və bil ki, Qiyamət günündə az danışan şəxslər (haqq hesablarının tez bitdiyi ve ilahi nemətləri daddığı üçün) sənin keçirdiyin sevinc hissini keçirəcəklər.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031