Allahın rəsulu (s) səbr və təmkini hər kəsin üzləşə biləcəyi 3 mərhələyə ayırdı
Qurani-Kərim insan barəsində söz açarkən insanı həm tərif edir, həm də məzəmmət edir.
Amma bir sual ortaya çıxır. Quran insanı hansı hansı baxımdan tərif və məzəmmət edir? Onun fiziki gücü, maddi durumu, əzalarının sağlam və qüvvəti olması baxımdanmı? Yoxsa onun əxlaqi, mənəvi keyfiyyətləri baxımdanmı? Təbii ki, insanın maddi və cismi gücü əhəmiyyətlidir. Lakin bu onun insanlığının göstəricisi deyildir. Qurani Kərim insanı fiziki baxımdan deyil, düşüncəsinə görə və əməllərinin keyfiyyəti baxımından mədh və məzəmmət edir. Demək insana dəyər qazandıran, ona insan adı qazandıran, şəxsiyyətini formalaşdıran onun “daxili” aləmidir ki, buna mənəviyyatı və ya rahaniyyəti də deyilir. İnsana dəyər verən məhz bu yönüdür. İnsanın mədh olunmasına və ya məzəmmətə səbəb olan xislətlərindən biri də səbrdir. İnsan çətilik və əziyyətlər müqabilində səbr və əzm göstərib mədh də oluna bilə, səbirsizlik edib məzəmmət də oluna bilər. Bu insanın düşüncə və mənəvi durumundan aslıdı. Quran insanı ən gözəl səbrə dəvət edir: “(Ya Peyğəmbər!) mətanətlə səbr et!” (Məaric-5) Allah Rəsulu (s) səbr barəsində üç əsas məqama toxunaraq buyurur: Səbr 3 qismdir: -Müsibət zamanı edilən səbr – Müsibətə səbr edən şəxsin dərəcəsini Allah Təala 300 dərəcə qaldırar və onun dərəcəsini yerin göyə olan nisbətində ucaldar. -İtaət zamanı edilən səbr – Mütəal Allah itaətlər müqabilində səbr edən şəxsin dərəcəsini 600 dərəcə artırar və onun dərəcəsini yerin təkinin ərşə olan nisbətində yüksəldər. -Günahla üzləşdikdə edilən səbr – Mütəal Allah günah müqbilində səbr edən şəxsin dərəcəsini 900 qat artırar və onun dərəcəsini yerin təkinin ərşin sonuna nisbətdə böyüdər. Səbr insan mənəviyyatında ən tez təsir göstərən xüsusiyyətdir. Dini mət və təcrübələrdən göründüyü kimi insan səbr etdikdə böyük nəaliyyətlər və uğurlar əldə edir. Lakin bir səbirsizlik etdikdə isə illərlə bədəlini ödəyə bilməyəcək bir hadisəyə səbəb olmuş olur. Oxşar xəbərlər
|