Xurafatın qarşısını necə almaq olar? Dinimizin göstərdiyi 5 yol
Xurafatı yaradan əsil amil – insanların cahilliyi və nadanlığıdır. İslam Peyğəmbəri (s) ilk kəs olmuşdur ki, xurafatla mübarizə aparmış və buyurmuşdur: “Mən gəlmişəm ki, bəşərin fikri qüdrətini gücləndirim”.
Xurafatın qarşısını almağın ən yaxşı yolu – insanların elm və biliyini artırmaqdır. İnsanlar hər nə qədər elm və dinlə yaxından tanış olarlar, bir o qədər də xurafatdan uzaqlaşarlar. Quran buyurur: “Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər”. (“Bəqərə” 78). Alimlərin bu mövzuda olan fikir və nəzərləri ilə tanış olaraq, belə qərara gəlmək olar ki, beş yolla xurafatın qarşısını almaq olar. Bu beş yolla tanış olaq: 1. Kitab oxumaq və maarifləndirmək mədəniyyətini insanlar arasında yaymaq. 2. Güclü və xatib alimlərdən xahiş etmək ki, xütbə və moizələrində bu mövzuya xüsusi işarə edib, insanları bilikləndirsinlər. 3. İnsanların zehnində yer almış xurafi fikirləri daha güclü dəlillər ilə aradan qaldırmağa çalışaq və qoymayaq ki, az da olsa bu barədə şübhələri qalsın. 4. O şeyin ki, dəqiq xurafat olduğunu bilirik, heç bir bəhanə qəbul etmədən rədd edək və güclü dəlillərimizi bəyan edək. Çünki, elm dəqiqliyi sevir. 5. Savadsız insanların sayını azaltmağa çalışaq və onları bilikləndirib başqalarına təsir etməsinə imkan verməyək. /Deyerler.org/ Oxşar xəbərlər
|