11 000 xütbəsi olan bu dahi, Peyğəmbərimizin (s) zamanında bir kəlmə də danışmamışdır
Mьəllif: admin1
Tarix: 17-06-2018, 21:34
11 000 xütbəsi olan bu dahi, Peyğəmbərimizin (s) zamanında bir kəlmə də danışmamışdır
Ayətullah Sübhani İslam dini üçün örnək və nümunə olan misilsiz insan – Həzrət Əli (ə) haqqında öz nəzərlərini bildirmişdir ki, onlarla tanış olaq.

Alim buyurur: “Birinci bundan başlamaq olar ki, bötün insanlar Həzrət Əlini (ə) şücaətli və igid bir insan kimi tanıyırlar. Dəlili də Peyğəmbərin (s) onun haqqında Xəndəq döyüşündə buyurduqlarıdır.

Həzrət Əli (ə) həm də ən zahid insan idi. Zahid insan isə həm ümumi və həm də xüsusi insanların dilində əzbər olar.

İmam Əlini (ə) fəsahət və bəlağət cəhətdən gözəl tanımaq olar. “Nəhcul-bəlağə” bu dediklərimə nümunədir. Bəzən Həzrət Əlini (ə) gözəl əxlaqına görə tanıyırıq. Onun əxlaqı bütün İlahi saliklər üçün örnəkdir.

Tarixdə görməmişik ki, Həzrət (ə) kiməsə müraciət etsin. Ancaq bütün insanlar ona müraciət etmişdilər. Onun elmindən faydalanmışdılar.

Əvvəlinci mövzu – Həzrətin (ə) imanı idi. O, Peyğəmbərə (s) ilk dəfə iman gətirən insan olmuşdur.

Həzrət Əli (ə) fədakar insan idi. Həzrət (ə), Peyğəmbərin (s) yatağında yatır və oradan tərpənmir. O zaman ki, düşmənlər hücum edirlər, Peyğəmbərin (s) yerinə onu görürlər.

Həzrət Əli (ə) çox əmanətdar idi. Quranda da onun bu sifətinə işarə edilmişdir. “İnsan” surəsi İmamdan (ə) və Əhli-Beytdən (ə) bəhs edir. İmamın (ə) bir çox üstün sifətlərini bu surədə tapmaq olar.

O zaman ki, Peyğəmbər (s) Məkkədən geri qayıdır, Cəbrayil (ə) nazil olur və deyir: “Çox vacib bir risaləti yerinə yetirməlisən, əgər etməsən, vilayət əldən gedəcəkdir”. Bu mövzuda da İmam Əli (ə) diqqət mərkəzində olur.

Əllamə Təbatəbai İmam Əli (ə) barəsində buyurur: “Həzrət Əli (ə) natiq insan olmuşdur ki, 11 min xütbəsi, məktubları və nurani kəlamları əlimizə gəlib çatmışdır. Ancaq Peyğəmbərin (s) zamanında bir kəlmə belə deməmişdir. Bu da onun təvazökarlığının nişanəsidir”.

İmamın (ə) Malik Əştərə yazdığı məktub çox-çox əlamətdardır. Bu gün, 14 əsr əvvəl yazılmış həmin məktubu hətta qərblilər oxuyan zaman xüsusi ləzzət alırlar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031