Gözəl əxlaq 10 şeydən ibarətdir – Məsumların (ə) dilindən gözəl əxlaqın nişanələri
Mьəllif: admin1
Tarix: 9-07-2020, 22:53
Gözəl əxlaq 10 şeydən ibarətdir – Məsumların (ə) dilindən gözəl əxlaqın nişanələri
Həzrət Peyğəmbərin (s) gözəl sifətləri çox idi, ancaq onların arasından Quran məhz Həzrətin hüsnü əxlaqına diqqət etmiş və onu mədh etmişdir.

“Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).

Bu yolla Quran demək istəyir ki, bütün gözəl sifətlərin başında hüsnü-əxlaq durur. Gözəl əxlaqla bağlı Məsumların (ə) kəlamlarına diqqət edək.

İmam Əli (ə) buyurur: “Necə də çoxdur o əzizlər ki, pis əxlaqlarına görə zəlil olurlar və zəlillər ki, hüsni əxlaqına görə əziz olurlar”.

İmam Həsən (ə) buyurur: “Xoş əxlaq hər bir yaxşı işin bağlanğıcıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hüsni əxlaq odur ki, əgər müvəffəq olsan razı olasan, əgər olmasan əsəbləşməyəsən”.

İmam Əli (ə) buyurur: “İnsan gözəl əxlaqı sayəsində oruc tutan namazqılanların dərəcəsinə çatar”.

İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaq on şeydir: yəqin, qənaət, səbir, şükür, mülayimlik, gözəl əxlaq, səxavət, qeyrət, şücaət, alicənablıq”.

İmam Əli (ə) buyurur: “Məkarim əxlaq odur ki, o kəs ki, səninlə rabitəsini kəsibdir, sən onunla rabitə qurasan. Əgər səni məhrum edibdirsə, sən ona əta edəsən. Əgər sənə zülm edibdirsə, onu bağışlayasan”.

Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanda simiclik və pis əxlaq cəm olmaz”.

İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq əlaqələri möhkəm edər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930