ŞƏRAB
Mьəllif: admin1
Tarix: 18-12-2019, 15:52
ŞƏRAB
Allahın Peyğəmbəri (s): "Şərab və iman heç vaxt bir kəsin daxilində, ya qəlbində bir yerdə olmaz."

Allahın Peyğəmbəri (s): "Şərab, pisliklərin və böyük günahların anasıdır."

Allahın Peyğəmbəri (s): "Bütün pisliklər bir evə yığışıb və bu evin açarı şərab içməkdir."

Şərabın haram edilməsinin səbəbi

İmam Əli (ə): "Allah-taala əqli qorumaq üçün şərabxorluğun tərk olunmasını vacib etdi."

İmam Rza (ə): "Allah-taala şərabı haram etdi. Ona görə ki, şərab pozğunluq gətirər, şərab onu içənlərin əqlini dəyişdirir, onları Allahı inkar etməyə, Allaha və Onun peyğəmbərinə töhmət vurmağa, böhtan atmağa vadar edir. Eləcə də, şərab içənlər fəsad və qətl kimi (cinayət) əməllər törədirlər."

Şərabxorluğun aqibəti

İmam Əli (ə): "Sərxoş, Allahın görüşünə bütpərəst kimi gələcək."

İmam Əli (ə): "Məstedici içki içən hər bir kəsin qırx gecə və gündüz namazı qəbul olunmur."

Şərabxorla rəftar tərzi

Allahın Peyğəmbəri (s): "Əgər şərabxor söz desə, onu təsdiq etməyin, elçiliyə gəlsə ona qız verməyin, xəstələnsə ona baş çəkməyin, ölsə dəfnində iştirak etməyin və ona əmanət tapşırmayın."

Allahın Peyğəmbəri (s): "Şərabxor kükürdə bənzəyir. Ona yaxın getməyin ki, kükürd pis iy verdiyi kimi, o da sizi pis qoxulu edər."

Şərabxorun qəbrdən (Qiyamət günü) qalxması

İmam Sadiq (ə): "Bu dünyada məstedici içkilər içən kəslər təşnə ölərlər, təşnə halında qəbrdən qalxar və təşnə halda da Cəhənnəmə gedərlər."

Şərabxorluğu tərk etməyə həvəsləndirmək

Allahın Peyğəmbəri (s): "Hər kəs Allahdan qeyrisi üçün (də olsa) şərabxorluğu tərk edərsə, Allah-taala ona (Cənnətdə) pak və möhürlənmiş şərabdan içirdər."

Əli (ə) ərz etdi: "Allahdan qeyrisi üçün?" Buyurdu: "Bəli, Allaha and olsun, özünü (sağlamlığını) qorumaq üçün."

Şərab təsiri göstərən hər şeyin qadağan olunması

İmam Kazim (ə): "Allah-taala şərabı onun adına görə deyil, nəticələrinə görə haram etmişdir. Buna əsasən, şərabın nəticələrinə malik olan hər bir şey də şərabdır (hökmündədir)."


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930