Ustad Ənsarian: “İblis 3 mövzuda bizim hamımıdan güclüdür”
Mьəllif: admin1
Tarix: 19-06-2018, 14:44
Ustad Ənsarian: “İblis 3 mövzuda bizim hamımıdan güclüdür”
Ustad Ənsarian əxlaq dərslərinin birində buyurmuşdur: “İblis (lən) əgər minbər başına çıxmaq istəsə, üç mövzuda bizim hamımızdan daha güclüdür.

Quranın da buyurduğu kimi, onun tövhidə böyük elmi vardı. Həm tövhidi zata, həm tövhidi sifətə və həm də tövhidi əfala (əmələ).

Bundan əlavə, İblisin (lən) İlahi peyğəmbərlərin (ə) nübuvvətinə, məqsəd və ali hədəflərinə agahlığı vardır. O, heç bir zaman axirəti inkar etməmişdir. Bəzi insanlar kimi deməmişdir ki, axirətdən kimsə gəlibdirmi ki, bizə oranın olmasını sübut etsin.

O, Qiyamətə qarşı ədəbsizlik etməmişdir. İnsanların əksər hissəsindən ədəbli idi. O, Qiyamətin olacağına tam inanır, çünki ona qarşı elmi vardır.

Əmirəl-möminin (ə) buyurur: “İblis mələkutlulular ilə dünya ili ilə və ya qeyri-dünya ili ilə 6 və ya 7 min il olmuşdur. Qabı elmlə dolu idi. Ona görə də tövhidə aid elmə, Qiyamətə aid elmə, peyğəmbərlərə (ə) aid elmə malik idi”.

İblis (lən) Allaha xahişini bildirəndə deyir: “Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)»”. (“Əraf” 14).

Xitab gəlir: “Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən»”. (“Əraf” 15)

Allah Təala İblisin (lən) də qüdrətini və gücünü bilirdi, insanların da. Bilirdi ki, peyğəmbərlər (ə), İmamlar (ə), Salman Farsilər, Əbu Zərlər... kimiləri onun nökəri olmayacaqdır, əksinə onu rəzil və zəlil edəcəkdir.

Bir gün İblis (lən) Həzrət Musaya (ə) üç nəsihət verir və sonra ona deyir: “Mən sənə üç nəsihət verdim və boynunda haqq əldə etdim. Allahdan istə ki, məni bağışlasın”.

Həzrət Musa (ə) da İblisin xahişini Allaha bildirir. Allah buyurur ki, İblisə de, gedib Adəmin qəbrinə səcdə etsin. İblis bu sözləri eşidən zaman deyir: “Musa! Allah de ki, mən sağ olan zaman ona səcdə etməmişəm, indi qəbrinə səcdə edəcəyəm?! İstəmirəm”.

Bu qədər elminə baxmayaraq, təkəbbür onu əsir etmişdir və heç bir zaman da buraxmayacaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031