Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaqdır?
Mьəllif: admin1
Tarix: 11-06-2020, 22:16
Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaqdır?
İnsan bu dünyaya gəlir və əməlləri ilə axirətini qazanır. Ya cəhənnəm əhlindən olur, ya da cənnət. Bəs o körpələr ki, hələ dünyaya gəlmədən ölürlər, onların hesabı necə olacaqdır?

1. Allahın gizli hikmətləri vardır ki, biz insanlara aşkar deyildir. Onlardan biri də bu körpələrin dünyaya gəlmədən vəfat etməsidir. Bu əməl valideyn üçün bir imtahan da ola bilər, cəmiyyətin sayına təsir qoyan bir bəla da ola bilər. Ancaq hər bir halda bu hadisədə Allahın təqdiri vardır. Çünki bu dünya Müdrik Allah tərəfindən idarə olunur.

2. Bu dünya səbəb və nəticə üzərində qurulmuşdur. Onlardan birinin olmamasının mənası yoxdur. Ona görə də həmin körpənin dünyaya gəlməməsi hikməti olmuşdur.

Əgər dünyaya gəlsəydi, hansısa zalım tərəfindən öldürüləcəkdir və ya özü zalım olub insanlara zülm edəcəkdi. Bu cür səbəblər çoxdur. Allah Təala da səbəb olmadan heç bir zaman bir hadisəni nəticəsiz qoymur.

3. Bəzi hədislərə görə bu körpələr Qiyamət gününə qədər təlim görürlər. Bu körpələr adi insanlar kimi deyildirlər və bəşərdən qeyrisi hesab olunurlar.

Onların var olması və ölməsi öz əllərində olmamışdır. Yəni, bu körpələr öz başına buraxılmır və o biri dünyada onlara da xüsusi diqqət ayrılır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031