Haqqı gizlətmək niyə böyük şirk sayılır?
Mьəllif: admin1
Tarix: 20-06-2018, 22:46
Haqqı gizlətmək niyə böyük şirk sayılır?
“Haqqı isbat etmək bəyan dili ilə olduğu üçün, onu gizlətmək olmaz və belə gizlətmək – qarşı tərəfə edilən ən böyük zülm hesab olunur. Ona görə də əgər bu zülm Allahın haqqına görə edilərsə - şirk hökmündədir.

Allahın biz bəndələrin üzərində haqqı böyükdür və bu haqlardan biri də haqqı bəyan etmək və ədaləti bərpa etməkdir. Bu, elə haqdır ki, qalan haqlar ondan qaynaqlanır və güc alırlar. Əgər Allaha itaət haqqını inkar etsək və qəbul etməsək – qalan heç bir haqqı isbat edə bilmərik.

Ona görə də ən pis zülm və şirk haqqı gizlətməkdir, xüsusilə də Allahın haqqına aid olan həqiqəti.

Allah Təala Qurani-Kərimdə buyurur: “Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir”. (“Ali-İmran” 18).

Bu ayədən də göründüyü kimi, bütün varlıqlar Allahın haqq olduğuna şəhadət verirlər və onu gizlətmək əlbəttə ki, Allaha edilən ən böyük zülm olar.

Ona görə də hər bir müsəlman üçün şəhadətlərində Allahın varlığını və təkliyini etiraf etməsi – vacib əməllərdəndir. Əgər bu şəhadətdən sonra Peyğəmbərin (s) nəbi olduğuna şəhadət verməsək, Allahın haqqını yenə zay etmiş olarıq.

Allahın haqqı o zaman yerinə yetirilər ki, peyğəmbəri (ə) olar və o, bu haqları biz insanlara tanıdar. Bizim isə borcumuzdur ki, bu haqları yerinə yetirək və ona itaət edək.

Əgər siz bilsəniz ki, bir başqası tanıdığınız insanın malını yemişdir, ona görə şəhadət versəniz, həmin şəxsə xeyir vermiş olar və haqqı açıqlamış olarsınız. Verdiyiniz bu şəhadətin onun haqqında təsiri çoxdur. Ona görə də haqqı gizlətmək – ən böyük günahlardandır.

Baxmayaraq ki, bu haqqı bəyan etmək sizə ziyan vura bilər, ancaq yenə də onu demək sizin borcunuzdur”.

(Ayətullah Möhsün Ərakinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031