Qəbir fişarına aid sual
"Qəbir fişarı və əzabı necə olacaq?". Son günlərdə nisbətən yaşlı bir insandan 3 dəfə bu sualı eşitdim.
İlk əvvəl düşündüm ki, nəzəri baxımdan sadə bir sualdır. Məlumatlandırdım. Yenidən bu gün 2 dəfə eyni sualı verdi. Anladım ki, qəbir əzabı mövzusu onu narahat edir. Bir az ətraflı məlumat verdim. Əziz Peyğəmbərimizdən (s) bir buyuruşu diqqətinə çatdırdım ki, "Möminin qəbir əzabı – İlahi nemətləri zay etməsinin kəffarəsidir". Bunlardan sonra dedim ki, qəbrimizin necə olacağı indi formalaşır. Bu həyatda. İndi yaşadığımız həyatda. Əzablı olacaq, ya işıqlı olacaq – buradakı əməllərimiz müəyyən edir. Bəli. Ölumü xatırlama bu həyatı məsuliyyətli yaşamaq üçün lazımdır. Allahdan hər birimizə belə ölümün xatırlanmasını diləyirəm. Hacı İlqar İbrahimoğlu Oxşar xəbərlər
|