Diri şəxsin adının uşağa qoyulmasının düşər-düşməzi olur deyirlər. Bu fikir doğrudurmu?
Ümumiyyətlə, bu qaydanı yadda saxlamalı və əməllərimizdə də tətbiq etməliyik: İslam dini sağlam məntiqə və qəti hökmlərə əsaslanır.
Əgər bir məsələnin mötəbər dini mənbələrdə və sağlam məntiqdə sübutu yoxdursa, onu qəbul etmək olmaz. Heç bir məsələnin “düşər-düşməz”lə əlaqəsi yoxdur. Bu, insanların mövhumatından qaynaqlanan bir düşüncədir. Uşağa əqidə və əxlaqa zidd olmayan istənilən adı qoymaq olar. Bunun bəyənilən və bəyənilməyən tərəfləri də dini mənbələrimizdə izah edilib. Diri şəxsin - istər ailə üzvü və yaxın qohum olsun, istərsə də yad adam – adını uşağa qoymağın heç bir maneçiliyi yoxdur. Bunu fövqəltəbii qüvvələrlə və ya Allahın istəyi ilə əlaqələndirmək həqiqətə uyğun deyil, cəhalətdir. (islam.az) Oxşar xəbərlər
|