Yalanın tövbəsi nədir?
Mьəllif: admin1
Tarix: 21-06-2018, 18:38
Yalanın tövbəsi nədir?
Yalanın çoxlu növləri vardır. O cümlədən: dillə deyilən, yazı ilə yazılan və əməllə edilən.

Dillə deyilən yalanı çoxumuz hər gün edirik. Yəni, qəflət edərək, dilimizlə yalanlar deyirik. Ona görə də Məsumlarımız (ə) buyurur ki, dilini kontrol et, çünki cəhənnəm əhlinin çoxu məhz dilinə görə ora düşmüşdür.

Bəzən yalan yazı vasitəsilə olur. Belə ki, mağazanın üzərində yazırlar ki, qiymətlər yarıya düşmüşdür və yarı qiyməti ilə satılır. Ancaq əgər həqiqəti aşardırsaq görərik ki, cəmi 20 % endirim etmişdir.

Yəni, bunu doğru demək belə çətindir? İnsanları bu yazı ilə aldadırlar.

Bəzən də bir satış malının üzərinə yazılır ki, qiyməti 100 manatdır. Sonra üzərindən xətt çəkib yazılar ki, 80 manatdır. Yəni demək istəyir ki, başqaları yüz manata satdığı şeyi, mən 80 manata satıram. Yaxud, əvvəl 100 manata satdığım şeyi, indi 80 manata satıram. Əgər həqiqətdə belə deyilsə, bu əməl yalan hökmündə gedir.

Hər gün diqqət etməsək də, bu cür çox sayda səhvlərə yol verir və günah səbətini doldururuq. Ona görə də bu xırdalıqlara da diqqət etməliyik ki, günah etməyək.

Yalan – ən böyük günahlardandır ki, tövbə edərək onu pak etmək olar. Əbuzər nəql edir: “Peyğəmbərdən (s) soruşulmuşdur: “Ya Rəsulallah! Bilərəkdən yalan deyən kəsin tövbəsi nədir?”.

Həzrət (s) buyurdu: “Bağışlanma istəməkdir. Beş vacib namaz onu yuyacaqdır””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031