Qiyamət günü ancaq insanlar hesab verəcəklərmi?
Mьəllif: admin1
Tarix: 21-06-2018, 18:43
Qiyamət günü ancaq insanlar hesab verəcəklərmi?
Əgər Quran ayələrinə nəzər salsaq, görərik ki, Qiyamət günü hesab verən məxluqlar, tək insanlar olmayacaqdır. Onlardan biri də cinlər olacaqdır. Çünki cinlər də insan kimi təklif sahibidirlər. Onlar da mömin və kafir olur, dindar və dinsiz olurlar.

Onlar da insanlar kimi dini göstərişləri yerinə yetirməli və Allaha ibadət etməlidirlər.

Ona görə də onların da cənnətlik və cəhənnəmlik olanlarını müəyyən etmək üçün Qiyamət günü hesabları olacaqdır.

“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).

Qurani-Kərim səma kitabı olduğu üçün insanlara xitab etdiyi kimi, cinlərə də xitab etmiş və onlara da doğru yolu göstərməyə çalışmışdır.

“De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Qur’anın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır)»”. (“İsra” 88).

“Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qur’ana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!». Və elə ki, (Qur'an oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar”. (“Əhqaf” 29).

Quran cinlərin Qiyamət günü hesab verəcəkləri barəsində buyurur: “Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər:

«Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq».

(Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin)”. (“Ənam” 28).

“(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi(təkrar-təkrar) sizə oxuyan və sizi bugünkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?». Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar”. (“Ənam” 130).

“(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver».

Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz»”. (“Əraf” 38).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031