Təyəmmümün hökmləri
Əgər təyəmmüm səhih olan bir şey tapılmaya, gərək xalça və libas kiminin üzərinə yığılmış tozlara təyəmmüm etsin. Əgər bu da olmasa, yaş palçıq olarsa ona təyəmmüm etsin, amma bunların heç birinə əl çatmadıqda (təyyarədə olan şəxs kimi), (vacib) ehtiyata əsasən dəstəmazsız və təyəmmümsüz namazını qılmalı, sonra dəstə-maz ya təyəmmümlə (vəzifəsi əsasında) namazını qəza etməlidir. Vəzifəsi təyəmmüm olan şəxs, vacib ehtiyata görə namazın vaxtından qabaq namaz üçün təyəmmüm edə bilməz, amma qabaqdan başqa vacib ya müstəhəb əməllər üçün təyəmmüm edibdirsə, namaz vaxtınadək təyəmmümə olan üzrü yerində qalıbdırsa (təyəmmüm batil olmadığı təqdirdə) onunla namaz qıla bilər. Əgər bir şəxs namazın vaxtı qurtardıqdan qabaq üzrünün aradan getməsini bilərsə, vaxtın əvvəlində təyəmmüm edə bilməz, gözləyib üzrü aradan getdikdən sonra qüsl edib ya dəstəmaz alıb namazını qılmalıdır. Qüsl əvəzinə təyəmmüm edən şəxsdən hədəsi əsğər (dəstəmazı batil edən şey) baş versə, məsələn, sidiyə getsə, nə qədər ki, təyəmmüm üçün şəri üzrü aradan getməyib, vacib ehtiyata əsasən təharət şərt olan əməllər üçün yenidən təyəmmüm etməlidir və bundan əlavə dəstəmaz da almalıdır və əgər dəstəmaz almaq üçün də üzürlüdürsə, dəstəmazəvəzinə də təyəmmümetməlidir. Su olmaması ya sair üzrlər səbəbinə edilən təyəmmüm üzr aradan getdikdən sonra batil olur. Dəstəmazı batil edən şeylər dəstəmaz əvəzinə edilən təyəmmümü də batil edir və qüslü batil edən şeylər qüsl əvəzinə edilən təyəmmümü də batil edir. Qüslün bütün şəri əsərləri qüsl əvəzinə edilən təyəmmümə də aiddir və bu hökmdən vaxtın darlığına görə edilən təyəmmüm müstəsnadır. Buna əsasən qüsl əvəzinə edilən təyəm-mümlə, məscidə daxil olmaq, namaz qılmaq, Quran yazılarına əl vur-maq və sair təharət şərt olan əməlləri yerinə yetirmək işkalsızdır (olar). Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|