İmam Əli (ə) zəlzələni belə sakitləşdirdi
Mьəllif: admin1
Tarix: 24-06-2018, 07:59
İmam Əli (ə) zəlzələni belə sakitləşdirdi
Yaşadığımız bu təbiət bəzən bizi qorxudur, sel, tufan və zəlzələ vasitəsilə bizə ziyanlar vurur, yaxınlarımızın canını alır.

Bu dünyada baş verən hər bir hadisə Allahın icazəsi ilə olduğu üçün bu bəlalar ya imtahan vasitəsidir, ya da cəza.

Bəs Məsumların (ə) zamanında zəlzələlər olmuşdurmu?

Əgər tarixə nəzər salsaq, görərik ki, Həzrət Zəhranın (s.ə) və İmam Əlinin (ə) zamanında Mədinədə böyük bir zəlzələ baş verir. Bu, birinci xəlifənin zamanı idi.

İnsanlar qorxu içində İmam Əliyə (ə) pənah gətirirlər. İmam (ə) uca bir yerə çıxır və orada əyləşir.

Həzrət (ə) buyurur: “Sanki həlakət halındasınız”. Sonra mübarək dodaqlarını tərpədir və əli ilə torpağa vurub buyurur: “Sənə nə olmuşdur? Sakitləş”.

Bu zaman yer sakitləşdi və Həzrət (ə) “Zəlzələ” surəsini qiraət etdi.

Sonra üzünü insanlara tutub buyurdu: “Mən o insanam ki, yerə deyirəm sənə nə olmuşdur? Bu gün sözlərini de və xəbərlərini mənim üçün bəyan et!”.

Bu yolla Mədinə xalqı zəlzələdən nicat tapırlar, çünki Allahın hüccəti onları bu bəladan xilas edir.

İmam (ə) insanları ayıldır və hüccətini tamam edir.

Nəql edilir ki, İmam Baqirin (ə) də zamanında zəlzələ olmuşdur. İmam (ə) əlini Nəbi məscidinin minarəsinə qoyub buyurmuşdu:

“Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq”. (“Ənam” 146).

Bu hadisə zamanı Mədinə xalqı öz səhvini başa düşür və fəryad çəkərək deyirlər ki, biz günahkarıq.

Çünki Ali-Muhəmmədə (ə) zülm etmişik, əmr-be-mərufu, nəhy-əz-munkəri tərk etmişik. Gərək bundan da şiddətli zəlzələ bizi cəzalandırsın. Çünki biz buna layiqiq.

Hədislərimiz bu kimi təbii fəlakətlərdən xilas olmaq üçün “Zəlzələ” surəsini oxumağı tövsiyə edirlər.

Gördüyümüz kimi, bu kimi təbii fəlakətlər ayıldıcı səciyyə daşıyırlar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031