Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
Bütün Məsumların (ə) həyatı Peyğəmbərin (s) ali əxlaq və sünnəti ilə əhatə olmuşdur. Ona görə də Məsumlar (ə) bizim üçün əxlaq örnəkləri və nümunələridir.
Onların həyatına nəzər salan zaman görmək olur ki, əxlaqın təməli insanın özünü tanımasından başlayar. İnsan əgər insanlığın ali məqamını dərk edə bilsə, nəfsini hesaba çəkər və onu kontrol etməyə başlayar. Çalışar ki, kəramət və izzət əldə etsin. Məsumlarımız (ə) bu üç əxlaqa daha çox diqqət edərdilər: 1. Dili kontrol etmək. Bu gün həm cəmiyyətdə və həm də ailədə bir çox problemlərin yaranmasına səbəb olan əsil amil – dili kontrol etməməkdir. İmam Baqir (ə) bu haqda buyurur:“İnsanların sizə deməsini istədiyiniz ən yaxşı şeyi, siz onlara deyin”. Bu hədisdən də göründüyü kimi insanlarla rəftarda ən mühüm olan amil məhz budur. Onlarla elə rəftar etməli və onlara elə sözlər deməlisən ki, sənə onların deyilməsini istəyərdin. “İnsanlarla xoş dillə danışın”. (“Bəqərə” 83). 2. Allaha təvəkkül. İnsan o zaman ki, möhkəm bir dayağının olduğunu hiss etməz, ruhi cəhətdən əzilər və həyatının hər bir sahəsində məğlub olanlardan olar. İnsan ancaq Allaha təvəkkül edərək, bu boşluğu doldura bilər. İmam Baqir (ə) buyurur: “Hər kim Allaha təvəkkül edər, məğlub olmaz”. Bütün Əhli-beyt (ə) təvəkkül əhli olmuşdur. Çünki ancaq təvəkkülün yardımı ilə çətilniklərə sinə gərmək olar. “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 3). 3. Şükür. Allah Təala şükürlə bağlı Quranda buyurur: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir». (“İbrahim” 7). Bu çətin iqtisadi zamanda da, hər bir insan şükür etməyi bacarmalıdır. Şükür o zaman dəyərli olur ki, insan əlində olan az nemətin qədrini bilər və ona görə şükür edər. İmam Baqir (ə) buyurur: “Allah tərəfindən olan az ruzini çox hesab et ki, onun şükrünün öhdəsindən gələ biləsən”. İnsan əgər bu az nemətə görə şükür etməyi bacararsa, Allah o nemətini davamlı edər və o insana başqa nemətlər də əta edər. /Deyerler.org/ Oxşar xəbərlər
|