Müstəhəb namazlar, insanın Allahla xüsusi münasibətlərinə səbəb olar
Müstəhəb namazlar insanı Allaha yaxınlaşdıran və Allahın sevimlisi edən əməllərdəndir. Bu cür müstəhəb əməllərdən biri də nafilə namazlarıdır. Nafilə namazları müstəhəb namazdır ki, vacib namazlarla əlaqəli qılınar. Bir növ onu tamamlayar və kamilləşdirər.
Nafilə namazına gecə namazları da daxildir ki, onun fəziləti və əcrləri barəsində çox eşitmişik. Həm Quran ayələri və həm də hədislərimiz bizə gecə namazını çox tövsiyə etmişdir. Ümumi olaraq, nafilə namazları haqqında Məsumlarımızın (ə) nəzərlərinə diqqət edək: İmam Kazım (ə) buyurur: “Nafilə namazları – möminin Allaha yaxınlaşmaq vasitəsidir”. İmam Baqir (ə) bu ayənin “O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər”. (Məaric” 23) təfsirində buyurmuşdur: “Məqsəd – nafilə namazlarıdır”. Allah Təala, Həzrət İsaya (ə) buyurur: “Nafilə ilə Mənə yaxınlaş və Mənə təvəkkül et ki, sənə kifayət edim”. Allahın Peyğəmbəri (s) (səmaya aparılan zaman) buyurur: “Allahım! Möminin halı Sənin yanında necədir?”. Allah buyurur: “Ey Muhəmməd! Heç bir bəndəm Mənim üçün sevimli olan və ona vacib etdiyim heç bir əməllə`mənə yaxın olmaz, həqiqətən o nafilə namazı ilə Mənə yaxınlaşar, o yerə qədər ki, onu sevərəm. O zaman ki, onu sevərəm, onun eşidən qulağı olaram. Görən gözü olaram, danışdığı dili olaram, zərbə vurduğu əli olaram. Əgər Məni çağırarsa, cavab verərəm. Əgər Məndən xahiş edərsə, xahişini yerinə yetirərəm”. Ona görə də nafilə namazlarına diqqət edək və onun vasitəsilə Allaha yaxınlaşmağa çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|