Mömin bəla görə bilər, amma əzab yox
Mьəllif: admin1
Tarix: 20-06-2022, 20:51
Mömin bəla görə bilər, amma əzab yox
Bəla, əgər xoş simada zahir olarsa – sərvət, pis simada zahir olarsa – yoxsulluq, zəlzələ, sel və başqa təbii hadisələr şəklində özünü göstərər.

Hər baş verən hadisəni insanın günahları ilə bağlamaq olmaz. Bəlkə bəla bəzən ona görə nazil olur ki, insan paklanıb, saflansın və Allaha yaxınlaşsın.

Misal üçün, bu ayə baş verən hadisənin imtahanla bağlı olduğunu bəyan edir: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).

Yəni, bu ayə demir ki, məhz etdiyin günahlara görə sizə bu bəlaları göndəririk.

Möminin bəlası hər nə qədər çox olarsa, deməli Allah yanında məqamı daha yüksəkdir.

Əbdurrəhman ibni Həccac nəql edir: “İmam Sadiqin (ə) yanında olanda söz bəladan düşdü və Həzrət (ə) buyurdu: “Peyğəmbərdən (s) soruşurlar: “Bu dünyada kimin bəlası hamıdan daha ağırdır?”.

Həzrət (s) buyurur: “Peyğəmbərlərin, sonra hər kim onlara daha çox bənzəyir. Ondan sonra iman və gözəl əməllərin səviyyəsinə görə məqama malik olan möminlər.

Ona görə də hər kimin imanı doğru və əməlləri saleh olar – çətinlikləri ağır olar. Hər kimin imanı süst və əməlləri zəif olarsa – çətinlikləri az olar””.

Bəs əzab nədir?

Əzabı bəladan fərqləndirən cəhət odur ki, əzab günah sayəsində və Allahın iradəsi ilə nazil olar. Allah bu əzabda möminləri qoruyar.

Allah Quranda dəfələrlə bu həqiqətə işarə etmişdir ki, kafirlərə əzab verməzdən əvvəl həmişə möminləri əzabdan xəbərdar etmişdir ki, nicat tapa bilsinlər. (Tebyan)

“Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilə”. (“Əraf” 64).

Ona görə də deyə bilərik ki, əzabla bəla bir-birindən fərqlənən sözlərdir. Bəla insanın həm günahına görə və həm də imtahan etmək üçün nazil ola bilər. Ancaq əzab ancaq kafirlərə nazil olur və möminlər bu əzabdan nicat tapırlar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031