Övladını və həyat yoldaşını Allaha təslim edən bu insanın məqamı
Allah Təala Qurani-Kərimdə Kəbə evini insanlar üçün əmin-amanlıq yeri kimi tanıtmış və buyurmuşdur: “Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): “İbrahim məqamından(onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin””. (“Bəqərə” 125).
Həzrət İbrahimin (ə) məqamı Allah yanında ucadır. Belə ki, hacılar təvaf etdikdən sonra İbrahim məqamında iki rükət namaz qılar və ona ehtiramlarını göstərərlər. Orada bir daş vardır ki, Həzrət İbrahim (ə) Kəbə evini inşa edən zaman onun üzərində dayanmışdır. Həmin daş indiyə qədər Kəbənin kənarında qorunmaqdadır. Allahın cismi yoxdur ki, evə ehtiyacı olsun. Bu ayədə adı çəkilən Allahın evi, Allahın ayı (Ramazan ayı) kimi bir kəlmələrdəndir ki, Allaha məxsus olan məkan və zamana işarə edir. Allah Təala Həzrət İbrahimi (ə) insanlar üçün İmam təyin edir. Çünki insanların İmam və rəhbərə ehtiyacları var idi. Həzrət İbrahim (ə) o peyğəmbər olmuşdur ki, oğlunu və həyat yoldaşını Allaha təslim etmişdir. Ona görə də belə bir müqəddəs insanın ayaq izlərinə səcdə etmək lazımdır. Kəbə - Allahın evidir, onun xadimi də gərək adi insan olmasın. İlahi insan olsun. Bu İlahi insan öz övladını və həyat yoldaşını heç bir şübhə etmədən Allaha tapşırmışdır. Bu İlahi insanın məqamını anlamaq üçün elə bu imtahanı xatırlamaq kifayətdir. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim»”. (“Bəqərə” 124). /Deyerler.org/ Oxşar xəbərlər
|