Layiq olandan çox tərifləmək – yaltaqlıq, layiq olandan az tərifləmək isə paxıllıqdır
Mьəllif: admin1
Tarix: 27-06-2018, 14:00
Layiq olandan çox tərifləmək – yaltaqlıq, layiq olandan az tərifləmək isə paxıllıqdır
Loğman oğluna deyir: “Həsəd aparanın üç nişanəsi vardır: başının arxasından qeybət edər, üzləşən zaman yaltaqlıq edər, başqalarının giriftarlığına sevinər”.

İmam Əli (ə) buyurur: “Layiq olandan çox tərifləmək – yaltaqlıq, layiq olandan az tərifləmək isə paxıllıqdır”.

İmam Əli (ə) haqqında deyirlər ki, başqasına həddən artıq sitayiş edən birinə Həzrət (ə) buyurur: “Bu işdən çəkin ki, çox yaltaqlanmaq öz ardınca bədgümanlıq gətirər. Əgər mömin qardaşın sənin etimadına layiq olubdursa, ona yaltaqlanmaqdan çəkin və hüsni-niyyət göstər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sitayiş edən yaltağın üzünə torpaq tökün”.

İmam Sadiq (ə) buyurur: “Allah bəndəsi bəndəliyin kamalına çatmaz, məgər o halda ki, başqalarının mədhi və tənqidi sənin üçün eyni olsun.

Çünki nə başqalarının mədhi insanı Allah yanında yuxarı qaldırar, nə də məzəmmətləri qədrini azaldar.

Ona görə də, ey Allah bəndəsi! Başqalarını sitayiş etməkdən sevinmə”.

İmam Əli (ə) buyurur: “Yaltaqlıqdan çəkinin ki, yaltaqlıq imanın sifətlərindən deyildir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Yaltaqlıq və təvazökarlıq – ancaq Allah yolunda və elm axtaranda faydalıdır”.

İmam Əli (ə) buyurur: “Yaltaqlıq peyğəmbərlərin sifətlərindən deyildir”.

İmam Əli (ə) buyurur: “Çox tərifləmək yaltaqlıqdır ki, qürur və təkəbbür gətirər”.

İmam Əli (ə) buyurur: “Yaltaqlıq və həsəd, möminin əxlaqından deyildir, məgər elm təhsilində”.




/Deyerler.org/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031