İmam Rza (ə) zəvvarlarının ziyarət etiyi məşhur səhabə - Əba Səlt kimdir?
İmam Rzanı (ə) ziyarətə gedənlərin demək olar ki, hamısı Məşhədə çatmamış yol üstündə Əba Səlt adlı imam səhabəsinin məzarını ziyarət edir.
Öncə qeyd edək ki, hicri təqvimi ilə bu gün-14 şəvval Əba Səlt Hərəvinin vəfat günüdür. O, məşhur şəxsiyyət həm İmam Rzanın (ə), həm də İmam Cavadın (ə) zamanında yaşamış, hədislər qələmə almış, Əhli-beyt imamlarının sadiq dostlarından olmuşdur. Onun əsl adı Əbdus-Səlam ibn Salehdir. Bu böyük şəxsiyyətin ata-babaları barə qeyd olunur ki, onlar Herat bölgələrindən (Əfqanstan) əsir olaraq gətirilmiş şəxslər olub. Özü isə Mədinədə doğulmuş, sonralar isə Nişafurda yaşamışdır. Bu səbəbdən onun ən məşhur ləqəblərindən biri də Əba Səlt Hərəvidir. Doğum tarixi təqribən hicrətin 140-ci ilinə təsadüf edir. İslam alimləri Əba Səlti İmamın (ə) əshabından, bir qismi isə İmamın (ə) xidmətçilərindən bilmişlər. İmama (ə) yaxın kəslərdən olduğu üçün ondan daha çox hədis nəql olunur. O cümlədən İmam Rzanın (ə) Məmun tərəfindən zəhərlənməsi kimi mühüm tarixi bir xəbər, həmçinin İmamın (ə) Nişapurda söylədiyi məşhur (silsilətuz-zəhəb) hədisi Əba Səlt tərəfindən nəql olunub. Həmçinin tarixdə Əba Səltin İmam Cavadla (ə) dəfələrlə görüşmüş, hətta Məmun tərəfdən həbs oluduqda İmam Cavadın (ə) möcüzəsi ilə zindandan xilas olduğu deyilir. Əba Səltin elmi, fəaliyyəti və şəxsiyyəti barədə bütün İslam alimlərinin fikri budur ki, o etibarlı bir şəxsiyyət olub. Əba Səlt həmçinin Əhli-Betyin (ə) fəzilətlərini əks etdirər bir çox önəmli hədslər nəql edib. O cümlədən İraq, Hicaz, Yəmən ellərinə səfər edib və orada olan insanlara Əhli-Beyti (ə) təblğ edib və insanlara peyğəmbər (s) mirasını olduğu kimi çatdırıb. Buranın insanlarının Əhli-Beyt (ə) kəlamlarını öyrənməsində bu şəxsin böyük xidməti olub. Bu kimi fəaliyyətlərindən və o cümlədən İmam Rzanın (ə) gizli şəkildə Məmun tərəfindən zəhərlənməsi xəbərini möminlərə çatdıran Əba Səltə İslam alimləri tərəfindən böyük dəyər verilir. Bu böyük şəxsiyyətin məzarı Məşhəd şəhiri 10 km. yaxınlığında yerləşir və İmam Rza (ə) zəvvarları tərəfindən böyük sevgi ilə ziyarət olunur. (İslaminSesi) Oxşar xəbərlər
|