Namazda bədənin örtülmə miqdarı
Mьəllif: admin1
Tarix: 28-06-2018, 11:02
Namazda bədənin örtülmə miqdarı
Kişi üçün namaz halında övrətlərini (ayıb yerlərini) örtmək vacibdir, hətta heç bir şəxs onu görməsə belə. Amma yaxşıdır göbək-dən dizlərə qədər örtsün.

Qadın üçün namaz halında üzü dəstəmazda yuyulması vacib olan miqdarda, əlləri biləkdən aşağı və ayaqları məfsələdək (topuqdan aşağı) istisna olmaqla bədəninin və saçlarının bütün hissələrini örtmək vacibdir (hətta naməhrəm onu görməsə belə).

Çənə üzün bir hissəsi olduğu üçün namazda örtülməsi lazım deyil, amma çənənin aşağı hissəsini örtmək vacibdir.

Naməhrəm olduqda ayaqları (tamamilə) məfsəldən aşağı hissəsini də örtmək vacibdir.

Əgər namaz əsnasında saçlarının bir miqdarının görün-düyünü bilə və dərhal onu örtə, namazı səhihdir. Amma (qabaqcadan) bilərəkdən örtməyə (bu zaman namaz əsnasında örtməyin faydası yoxdur və) namaz batildir.

Əgər namaz qılan şəxs namazdan sonra namazda lazım olan miqdar örtüyün olmamasını bilə, namazı düzdür.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930