“Dostlarımızın halının dəyişməsi ilə bizim də halımız dəyişir” – İmam Kazım (ə)
İslam dini insanın bütün həyatını əhatə edir. Allahın bu kamil dini bütünlüklə insanın formalaşmasına, onun dünya və axirət səadətinə xidmət edir.
Bu səadətdən biri də dosluq, qardaşlıq nemətidir ki, Allah qəlblərə bəxş etdiyi iman telləri ilə bu qəlbləri bir-birinə möhkəmcə bağlayır. Quran bunu açıq şəkildə belə bəyan edir: “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran-103) Qurani Kərim açıq şəkildə bəyan edir ki, Allah sizin qəlblərinizi imanla birləşdirdi. İnsanlar öz imanları ilə Allaha yaxınlaşdıqca onların qəblərindəki bağlılığ dahada möhkəmlənir. Onlar Allah nurunda birləşdikcə bir bədən kimi olurlar. Nəticədə birləşib “biz” olurlar və biri digərinin acılarını hiss edir. Həzrət Peyğəmbər buna işarə edərək buyurur ki, möminlər bir bədənin əzaları kimidir. Bir digərini hiss edir. İmam Kazim (ə) bu mətləbi açıq və gözəl şəkildə belə bəyan edir: “Elə bir şiəmiz yoxdur ki, onun xəstələnməyi ilə biz də xəstələnməyək (onu hiss etməyək), o qəmgin olanda biz də qəmgin olmayaq. Yaxud o şad olanda, onun şadlığı ilə biz də şad olmayaq. Dünyanın nə şərqində, nə də qərbində heç bir şiəmizin halı bizdən gizli deyildir.” (Sifatuş-şiə.2) İman insanın ruhiyyəsinə aiddir. Allah iman vasitəsi ilə insanların ruhunu birləşdirir, onların arasında qardaşlıq telləri yaradır. Necəki bu gün mənən İmam Hüseynlə (ə) birləşən qəlblər onun (ə) eşqi ilə qəhərlənir, axan göz yaşları ilə paklanaraq bu qardaşlıq tellərini dahada möhkəmləndirirlər. Min illər öncə dünyadan köçmüş bir şəxs üçün ağlamağın sirri məhz Allahın lütf etdiyi bu bağlılığ və birləşmədir. (İslamınSesi) Oxşar xəbərlər
|