İnsanların ölümdən qorxmasının səbəbi nədir?
Ölüm inkar olunmaz bir həqiqətdir. Quran hər kəsin ölümü dadacağını qəti şəkildə bəyan edir. Buna baxmayaraq hələ də insanlar ölümün qarşısını almaq barədə düşünürlər.
Bu da, bu kimi insanların ölümün həqiqətini anlamamaqdan irəli gəlir. İslam etiqadına əsasən ölüm yox olmaq deyil, yer və forma dəyişməkdir. Lakin bununla belə, bu həqiqəti bilənlər də ölümdən qorxur. Elə isə biz ölümdən nə üçün qorxuruq? Bu barədə bir neçə fikrin üzərində dayanmaq olar. Bunlardan ən başlıcası (1-ci) ölümün həqiqətini dərk etəməməyimizdir. Hərçənd bunun əksini iddia etsək belə. Əyər qotxuruqsa demək hələ ölümün həqiqətini dərk etməmişik. İmam Hadi (ə) bu barədə öz səhabələrindən birinə buyurur: “Ey Əbdullah! Sən ölümdən qorxursan. Çünki sən hələ onun həqiqətin dərk etməmisən.” İmam Baqir (ə) isə ölüm anını belə vəsf edir: “Ölüm yuxu kimidir. Qorxmayın!” 2-ci əsas səbəb isə insanın bu həyatdan ayrılmaq istəməməsidir. İnsan burdakı işlərini və ya yaxınlarını tərk etmək istəmir. Bu tərk ona ağır gəlir və ya özündən sonrakılar üçün qorxur. Bu maddi bağlılığdır. Bunun əsassız olmasına işarə edən İmam Əli (ə) belə nida edir:” Ey insanlar! Həqiqətən bu dünya (məcazi) ötəri, axirət isə baqidir (daimi)! 3-cü səbəb isə bəzi insanlar axirətin olduğunu və Allahın hesab çəkəcəyini bilir. Lakin öz yolunu doğru bilir və bu yolda bütün maneələri zülmlə olsa belə dəf etməyə hazırdır. Bu halda nəfsi ucbatından özünə və ya başqalarına zülm etmiş olur. Quran bu barədə buyurur: “Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!” Cümə-7 Deyilən bütün hallarda insanın ölümdən qormasının əsl səbəbi onun bu barədə təsəvvürünün düzgün olmamasıdır. Halbu ki, İmam Əli (ə) buyurur: “Ölüm mömin bəndə üçün şad xəbərdir.” (İslaminSesi) Oxşar xəbərlər
|