Namazqılanın libasının şərtləri
Birinci şərt: Namazqılanın libası gərək pak olsun.
Əgər bir şəxs namazqılanın libas və bədəninin pak olması şərtini bilmədən nəcis libas ya bədənlə namaz qıla namazı batildir. Əgər bir şəxs bədən ya libasının nəcis olduğunu bilmə-dən nəcis bədən ya libasla namaz qıla və namazdan sonra onun nəcis olduğunu bilə, namazı səhihdir, amma əgər namazdan qabaq onun nəcis olduğunu bilə, lakin unudub onunla namaz qıla bu zaman namazı batildir. Namaz əsnasında bədən ya libasının nəcis olmasını bilərsə, bu halda əgər onun namazdan qabaq nəcis olduğunu ya namazın bir miqdarını onunla qıldığını bilərsə, namaz qılmaq üçün kifayət qədər vaxt qaldıqda batildir, amma əgər vaxt dar olarsa, bu zaman əgər namazı sındırmadan ya namazla müxalif olan bir iş görmədən bədən ya libası paklamaq imkanı varsa yaxud libası əynindən çıxarmaq mümkündürsə, gərək onu paklasın, ya libasını çıxarsın və namazına davam etsin. Amma əgər nəcasəti kənar etmək mümkün deyilsə ya bu iş namazın sınmağına səbəb olacaqdırsa, onda lüt namaz qılmaq (xüsusi şərtlərlə) də mümkün olmadığı təqdirdə nəcis bədən ya libasla namazını tamamlamalıdır. Əgər nəcis libası suya çəkə və onun pak olmasına yəqin edib onunla namaz qıla, namazdan sonra pak olmadığını bilə, qıldığı namaz səhihdir, lakin sonrakı namazlar üçün o libası pak etməlidir. Nəcis olub olmaması şəkkli olan libasla namaz qılmaq olar. Buna əsasən nəcis olması məlum olmayan spirtli ətirlərlə ətirlənmiş libaslarla namaz qılmağın işkalı yoxdur. Həmçinin əgər məcburiyyət halında bövl və ğaitinin məxrəcini sudan başqa bir şeylə təmizləyən şəxs, (evinə getdikdən sonra özünü paklayan zaman) libasının sidiklə nəcis olub olmadığını bilməzsə, o libasla namaz qıla bilər və onu suya çəkmək yaxud dəyişmək lazım deyil. İkinci şərt: Namazqılanın libası gərək mübah olsun(qəsbi olmasın). Əgər libasının qəsbi olduğunu bilməyə ya unuda və o libasla namaz qıla, namazı səhihdir. Həmçinin qəsbi libası geyməyin haram olduğunu bilmədən namaz qılarsa namazı səhihdir. Üçüncü şərt: Namazqılanın libası gərək murdar olmuş heyvanın his-sələrindən olmasın. Namaz qılanın libası gərək qanı atıcı olan heyvan mur-darının hissələrindən olmasın. Vacib ehtiyata görə qanı atıcı olmayanmurdarın hissələrindən də, olmamalıdır. Əgər murdar olmuş heyvanın hissələrindən namaz qılanın üstündə ola, vacib ehtiyata əsasən namaz batildir. Amma əgər buynuz, yun və tük kimi ruhu olmayan hissələrdən olarsa və heyvan da əslində əti halal olan heyvandırsa, namaz batil deyil. Təzkiyəsi (heyvanın başının şəri qaydada kəsilməsi kimi) şəkkli olan heyvan dərisində namaz qılmaq və ətinin yeyilməsinin caiz olmaması baxımından murdar olmuş heyvan hökmündədir, lakin nəcasət və təharət baxımından murdar hökmündə deyil və pak hesablanır. Keçmiş namazlar bu hökmü bilməmək üzündən bu kimi dəridən hazırlanmış libaslarda qılınıbdırsa səhihdir. Buna əsasən qeyri müsəlman ölkəsindən gətirilmiş və şəri qaydada təzkiyə olunub olunmamasında şəkk edilən heyvan dərisi nəcis deyil, lakin onunla namaz qılmaq olmaz. Dördüncü şərt: Namazqılanın libası əti haram olan heyvanın dərisin-dən olmamalıdır. Namaz qılanın libası əti haram olan heyvanın hissələrin-dən olmamalıdır və hətta onun bir tükü belə namaz qılanın libasına ya bədəninə yapışsa namaz batildir. Əgər (pişik kimi) əti haram olan heyvanın ağız ya burnunun suyu və ya başqa bir rütubəti (məsələn, təri) namaz qılanın bədən ya libasında olarsa, onun namazı batildir. Amma əgər bu aradan gedə və yeri də, quruya, namaz səhihdir. Deməli, əgər əti haram olan quşların ifrazatından namaz qılanın üstündə olsa, sonra o libas ya bə-dəndən kənar edilsə və yeri də, qurusa, namaz səhih olacaqdır. (Başqa bir) insanın tükü, təri və ağzının suyu, habelə bal mumu, mirvari və sədəfin namaz qılanın bədən ya libasında olmağı namaza işkal törətmir. Libasın əti halal ya haram olan heyvanın hissələrindən olmasında şəkk edilərsə, onunla namaz qılmaq işkalsızdır. Beşinci şərt: Namaz qılan kişinin libası qızılla toxunmuş olmamalıdır. Qızılla toxunmuş libası geymək kişiyə haramdır və onunla namaz qılarsa namazı batildir, amma qadınlar üçün hər halda işkalsızdır. Qızıl zəncir asmaq, qızıl üzük və ya qızıl saat taxmaq kişi üçün haramdır və vacib ehtiyata əsasən namazı batil edir. Qızıl geymək, asmaq və taxmağın haram olmasının meyarı onu zinət və bəzək məqsədilə istifadə etmək deyil. Bu mütləq şəkildə haramdır hər bir niyyətlə olsa belə. Buna əsasən nişan üzüyü taxmaq xalq arasında zinət yox, yeni həyatın başlaması üçün nişan olan bir ənənə də olsa, onu istifadə etmək haramdır, hərçənd başqalarının gözündən gizli olsa belə. Amma onun sümük cərrahiyyə əməliyatında və diş düzəltməkdə istifadə edilməsi işkalsızdır. Qızılın kişilər üçün geyilməsinin haram olmasında vaxt baxımından fərq yoxdur və hətta nişan mərasimində bir an geyilməsi də haramdır. Əgər ağ qızıl sarı qızıla müəyyən maddənin qarışdırıl-ması nəticəsində rəngini dəyişən həmin sarı qızıldırsa, kişi üçün istifadəsi haramdır. Amma əgər qızıl maddəsi onda o qədər azdır ki, artıq ona qızıl deyilmir, onun istifadəsinin eybi yoxdur. Platin qızıl deyil və qızıl hökmündə də deyil, buna görə də onun istifadəsi kişilər üçün də, işkalsızdır. Altıncışərt: Namaz qılan kişinin libası xalis ipəkdən olmamalıdır. Namaz qılan kişinin libası, hətta araqçın, corab (kimi kiçik libasları, habelə) libasın astarı da xalis ipəkdən olmamalıdır. Namazdan başqa vaxtlarda da onu geymək kişi üçün haramdır. Amma ipək dəsmal və bu kimi şey namaz qılarkən onun cibində olarsa işkalı yoxdur və namazı batil etmir. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|