Hansı hallarda namazqılanın bədən ya libası nəcis olarsa, namazı səhihdir?
Mьəllif: admin1
Tarix: 23-01-2021, 10:32
Hansı hallarda namazqılanın bədən ya libası nəcis olarsa, namazı səhihdir?
Dörd halda namazqılanın bədən ya libası nəcis olarsa, namazı səhihdir:

Birinci hal: Kəsik, yara ya çiban vasitəsilə libası ya bədəni qana bulan-mış olarsa.

Əgər namazqılanın bədənində qan (yara qanı) ya kəsik və ya çiban ola ya da onun libası bu qanla bulana, əgər libas ya bədəni suya çəkmək ya dəyişmək adətən ona çətin olarsa, yara, kəsik ya çiban sağalana qədər o qanla namaz qıla bilər. Həmçinin qanla qırağa çıxan çirk və yara üzərinə qoyulmuş dərmana bulanan qanlı çirk də, bu hökmdədir.

Tez sağalan və yuyulması asan olan yaralar və kəsiklərin qanı bu (yuxarıdakı məsələdə deyilən) hökmdə deyil. (Beləki, əgər o qanla namaz qılarsa namaz batildir).

İkinci hal: Bədən ya libasda olan qan bir dirhəm əndazəsindən (şəhadət barmağının bir bəndindən) az olarsa.

Əgər namazqılanın libası və bədənində qan ola, onun miqdarı şəhadət barmağının bir bəndindən az olarsa, onunla namaz qılmağın işkalı yoxdur, bundan çox olarsa işkallıdır. (Burada deyilən qan 423-cü məsələdə deyilən yara və kəsiyə aid olan qan deyil).

Dirhəmdən az olan qanın şərtləri

Dirhəmdən az olan qanla namazın səhih olması üçün bir neçə şərt vardır:

1. Heyz qanı olmamalıdır: Əgər az miqdar heyz qanı namaz qılanın libası ya bədənində olarsa, namaz batildir. Vacib ehtiyata əsasən nifas və istihazə qanları da bu hökmdədir.

2. Nəcisül-eyn heyvanların (it və donuz) və kafirin qanı olmamalıdır.

3. Xaricdən bir yaşlıq (rütubət) ona dəyməməlidir. Əlbəttə, əgər xaricdən ona dəyən rütubət ona qarışıb tamamilə həll olub aradan gedərsə, ikisi bir yerdə dirhəmdən az olduqda namaz qılmaq olar, əks halda vacib ehtiyata əsasən namaz işkallıdır.

Əgər bədən ya libas qanlı olmaya, qana dəyməklə nəcis ola, onunla namaz qılmaq olmaz.

Üçüncü hal: Övrəti örtmək üçün kifayətedici miqdarda olmayan corab kimi kiçik libaslar nəcis olarsa.

Əgər namaz qılanın corab, əlcək və araqçın kimi övrəti örtməyə kifayət etməyən kiçik libasları, həmçinin üzük, qolbaq və bu kimi (zinət əşyaları) nəcis olarsa, onlarla namaz qılmağın işkalı yoxdur.

İnsanın üstündə olan dəsmal (cib dəsmalı) bıçaq və açar nəcis olarsa, namaz qılmaq işkalsızdır.

Dördüncü hal: Nəcis bədən ya libasla namaz qılmağa naçar olarsa.

Əgər soyuq, ya suyun olmamasına xatir və s. nəcis libas ya bədənlə namaz qılmaq məcburiyyətində olarsa, namazı səhihdir.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930