Cadugərin yanına gedəni mələklər lənətləyər
Mьəllif: admin1
Tarix: 1-07-2018, 19:43
Cadugərin yanına gedəni mələklər lənətləyər
Hədislərimizdə oxuyuruq ki, sehrbazlar və cadugərlər əgər tövbə etməsələr, heç bir zaman behiştə daxil olmayacaqlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç tayfa behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəsin ki, peşəsi sehrdir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir”.

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq ki, buyurur: “Kahin (qeybdən xəbər verən), münafiq, şərabxor, söz gəzdirən behiştə daxil olmayacaqdır”.

Əmirəl-möminin (ə) nəql edir ki, bir qadın Peyğəmbərin (s) yanına gəlir və deyir: “Bir ərim vardır ki, mənimlə kobud rəftarlar edir. Mən də bir cadu etdim ki, mənimlə məhəbbətlə rəftar etsin”.

Həzrət (s) buyurur: “Ah olsun sənə! Ən yaxşı mələklər səni lənətləyir, sənin mələklərin səni lənətləyir, Allahın ən yaxşı mələkləri səni lənətləyirlər. Səma mələkləri səni lənətləyir, yerdəki mələklər səni lənətləyir...”.

Ona görə də heç bir halda cadugərin yanına getməyin ki, bu iş sizi İlahi rəhmətdən məhrum edər və əbədi cəhənnəmlik olarsınız.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031