Heyvan tox olur, ancaq insan tox olmur – niyə?
Bu dünyada olan varlıqlar içərisində nəfsinin ardınca gedən insan kimi həris və tamahkarı yoxdur. Nəfsani istəklərinin və dünya sevgisinin sonu yoxdur. Bəs bu hərisliyin qarşısını necə ala bilərik?
Dinimiz buyurur ki, ağıl, agahlıq və nəfsi kontrol etməklə. Filosoflar deyirlər: “Bu dünyada baş verən hər bir hadisənin 4 səbəbi vardır: maddi səbəbi, zahiri səbəbi, subyektiv səbəbi və qeyb səbəbi”. Bəzən biz bu dörd səbəbə diqqət etmirik. Əslində qeyb səbəbi qalan üç səbəbdən daha mühümdür. Ömrün keyfiyyəti kəmiyyətindən daha mühümdür. Bəzi alimlər az ömür sürüblər, ancaq keyfiyyətli həyat sürüblər. Təfəkkür və əməl olmadan yaşanan uzun ömrün heç bir faydası olmaz. Ona görə də elmi əsas keyfiyyət maraqlandırır, nəinki kəmiyyət. Bəzi insanlar deyirlər ki, həqiqəti sevirlər, ancaq çox zaman səhv edirlər. Çünki tələsir və əcələ edirlər. Düzgün təfəkkür etmirlər. Bəzən elə şeyi haqq bilirlər ki, əslində haqq deyildir. Batili haqq yerinə qəbul edirlər. Əgər belə yaşasalar, bir ömrü hədər vermis olacaqlar. İnsan haqq istəyən varlıqdır. Ancaq haqq sözündə səhvə yol verirlər. Belə düşünürlər ki, batil haqdır. İnsan haqq istəyən olduğu kimi, ləzzət də istəyir. Ancaq bəzən bu ləzzətlər onu yanlış tərəfə aparır və onu həris edir. Ancaq insan təfəkkür etsə və bu mövzuda düzgün elmə malik olsa, həmin hərisliyinin qarşısını ala bilər. Beləliklə, deyə bilərik ki, insan – həris varlıqdır. Ancaq onun qarşısını almaq da öz əlindədir. Əgər səy göstərsə, təfəkkür etsə və düzgün elmə malik olsa – dünyanın ən mötədil varlığı olacaqdır. Nə ifrat edəcək və nə də təfritə yol verəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|