Yalanın gətirdiyi 6 ictimai ziyan
Yalanın ziyanları müxtəlif olur, o cümlədən yalan, ictimai ziyanlar vura bilir. Yalanın vurduğu ictimai ziyanlarla tanış olaq:
1. Rüsvayçılıq. Yalanın vurduğu ən böyük ziyan – rüsvayçılıqdır və yalançı insan, cəmiyyətdə etdiyi bu əməlinə görə bir neçə və ya çox sayda insanın gözündən düşər və rüsvay olar. Yalançı insan hər nə qədər məharətli olsa və yalanını gizlətsə də, gec və ya tez bu yalan aşkar olacaq və sahibini xar edəcəkdir. 2. Etimadın aradan getməsi. Yalançı insan başqalarının ona qarşı olan etimadını itirər və heç kəs ona etimad etməz, inanmaz. Halbuki, insan başqalarının etimadı sayəsində daha tez müvəffəqiyyət qazana bilər. Yolunun üstündə olan maneələri məhz başqalarının etimadı ilə aradan qaldırmaq olar. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü müsəlman bilər, yaxşı olar ki, yalanla işi olmasın. Çünki yalan işi o yerə gətirib çıxardır ki, düz sözünə heç kəs inanmaz”. 3. İnsanların bədbinliyi. Yalançı cəmiyyətdə həmişə insanların sui-zənninə məruz qalar. Hətta bəzən daha da irəli gedər və insanların nifrətinə səbəb olar. Çünki yalançı insan fitrətinə zidd əməl yerinə yetirər və nəticədə də insanların nifrətini qazanar. İnsanlar fitri olaraq yaxşılıqlara və doğruluqlara meyil edəndir. Ona görə də yalançı insanı özlərinə düşmən görürlər. 4. Zillət. Yalançı zəlildir və özünü xar edər. Yalanı onu həm dünyada və həm də axirətdə əzaba məruz edər. 5. İstehza. İnsanlar yalançını həmişə ələ salar və istehza edərlər. İstər cəm içində olsun, istərsə də tək olan zaman. 6. Üzü qaralıq. Həzrət Peyğəmbər (s) buyurur: “Yalandan çəkinin ki, insanın üzünü qara edər”. Üzü qara olmaq dedikdə, həm Allahın, həm də xəlqin yanında mənfur olmaq, rüsvay, zəlil olmaq nəzərdə tutulur. Yalançını hamı üzüqara tanıyar və ona görə də onun düz sözünə heç kəs inanmaz. Yalançının əlinin duzu olmaz və xidmətlərinin əvəzini görməz. İnsanlar ona etimad etmədiyinə görə sevgi və məhəbbətdən məhrum qalar. Oxşar xəbərlər
|