Mübah əməl nə deməkdir?
Mьəllif: admin1
Tarix: 3-07-2018, 22:37
Mübah əməl nə deməkdir?
İslam şəriətində əməllər 5 əsas qrupa bölünür. Vacib əməllər o əməllərdir ki, onları yerinə yetirmək zəruridir, onları pozmaq isə Allahın cəzasına səbəb olur.

Müstəhəb əməllərə görə insana savab verilər, onları etməməyə görə isə cəza qazanılmaz. Məkruh əməl edən şəxs cəza almaz, amma savab da qazanmaz, bunlar Allahın bəyənmədiyi əməllərdir.

Haram əməlləri isə Allah qadağan etmişdir, kim bunlara yol versə, cəzalanar. Bu dördündən başqa əməllər mübah kateqoriyasına aiddir. Yəni onların yerinə yetirilməsi öz-özlüyündə nə savaba, nə də günaha səbəb olar.

Məsələn, yemək, yatmaq, danışmaq və s. Amma mübah əməlləri müstəhəb və məkruha, vacib və harama çevirmək olar. Məsələn, yemək mübah əməldir.

Amma donuz əti yemək haramdır, həddindən çox yemək məkruhdur, az yemək, sağ əlin üç barmağı ilə yemək müstəhəbdir, halal qida yemək vacibdir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031