Məşhur Rey müsafiri – Seyyid Əbduləzim Həsəni (ə)
Mьəllif: admin1
Tarix: 5-07-2018, 09:52
Məşhur Rey müsafiri – Seyyid Əbduləzim Həsəni (ə)
Seyyid Əbduləzim Həsəni (ə), İmam Müctəbanın (ə) dördüncü nəslindən olub, Əbul Qasim ləqəbi ilə məşhur olmuşdur.

O, Əhli-Beytin (ə) böyük alimlərindən olmuş və 79 illik ömründə İmam Hadini (ə) və başqa İmamları (ə) görmək şərəfinə nail olmuşdur. O, İmam Hadidən (ə) mənəvi və elmi bəhrə almışdır. O Həzrət (ə) haqqında çoxlu hədislər nəql etmişdir.

Seyyid Əbduləzimin məqamı İmamın (ə) yanında o qədər böyük idi ki, bəzən ona sual verənlərə buyurardı ki, cavabını ondan soruşsunlar.

O, çox təvqalı və təvazökar bir insan idi. Bir gün İmam Hadinin (ə) yanına gəlir və öz dini əqidəsini Həzrətə (ə) bəyan edir. İmam (ə) da onun dediklərini təsdiq edir və buyurur: “Sən bizim həqiqi dostumuzsan”.

O nəinki tək İmam Hadidən, o cümlədən İmam Rza (ə) və İmam Cavaddan (ə) da bəhrə aparmış insanlardan idi. O, bu üç İmamın (ə) təlimini görmüş və onların elmindən bəhrələnmişdir. Bəzən suallarını məktub şəklində İmamlardan (ə) soruşardı.

Ancaq həyatının ən bərəkətli zamanı İmam Hadinin (ə) dövründə olmuşdur. Baxmayaraq ki, İmam Hadini (ə) nəzarət altında saxlayırdılar, ancaq Seyyid Əbduləzim Həzrətin (ə) xidmətinə gedib, ona suallarını verə bilən insanlardan olmuşdur.

Lakin bundan sonra Abbasi xəlifələri onu təqib etməyə başlayırlar. O, məcbur olub müxtəlif şəhərlərdə gizlənməli olur. O hal o zamana qədər davam edir ki, o, Rey şəhərinə gəlib çatır.

O, tanınmamış bir qonaq kimi Rey şəhərinə daxil olur. Əhli-Beyt (ə) davamçılarından birinin evinə gedir. Bir müddət bu evin zirzəmisində qalır. İnsanlar onun Rey şəhərinə gəlməsindən xəbərsiz idilər. Çox az insan bundan xəbərdar olmuşdu.

Ancaq zaman keçdikcə onun Rey şəhərində olmasından xəbər tutanların sayı artır. O, dini maarifin nəşr edilməsində və yayılmasında böyük rola malik olmuşdur. Nəhayət 252-ci Hicri ilinin Şəvval ayının 15-də vəfat edir və onu Rey şəhərində torpağa tapşırırlar.

Behcət ağanın övladı atası haqqındakı xatirələrində deyir: “Ağa nə zaman Tehrana getsə idi, həmişə Seyyid Əbduləzimi ziyarət edərdi. Həm şəhərə daxil olanda və həm də ondan çıxanda. Hətta bir dəfə Məşhədə gedəndə təkid etmişdir ki, Tehranda Əbduləzimi ziyarət edib sonra getməlidir. Behcət ağa buyurardı: “Əgər Tehran əhli həftədə bir dəfə onun ziyarətinə getməsələr, cəfa edərlər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031