Şəhidləri və müqəddəs şəxsləri nə üçün ziyarət edirik? - Ən yaxşı ziyarət forması hansıdır?
Mьəllif: admin1
Tarix: 5-07-2021, 23:30
Şəhidləri və müqəddəs şəxsləri nə üçün ziyarət edirik? - Ən yaxşı ziyarət forması hansıdır?
Bu gün İslam dininə və müsəlmalara qarşı yönəldilmiş təxribatlardan biri də dünyadan köçmüş insanların rəhmətlə yad edilməsi, məzarlarının ziyarət olunması əlyhinə olan təbliğatlardır.

Əslində bu məsələ ilkin baxışda əhəmiyyətli görünməyə bilər. Lakin bir şeyi bilmək lazımdır ki, bu məsələ bu qədər əhəmiyyəti olmasaydı bəzi müxalif cərəyanlar bu məsələ üzərində bu qədər təkidlə dayanmazdılar.

Məzarların və ziyarətgahların olması, onların insanlar tərəfindən ziyarət olunması ən azından tarix və ideologiyanın yaşaması baxımından çox önəmlidir.

Məsələn bu gün Kəbə evini ziyarət edən, onu öz gözləri görən hər bir kəs həzrəti İbrahimlə (ə) oğlu İsmailin (ə) bu yolda çəkdiyi əziyyətləri xatırlayır. (Bəqərə-127).

Yaxud bu evin necə tikilməsini bilməyən kəs araşdırdıqda həzrəti İbrahimlə (ə) oğlu İsmaili (ə) tanıyır, onların kim olduğunu və tövhidin əsaslarını öyrənir, beləcə peyğəmbərlər tarixi yenidən təkrarlamış olur.

Yaxud Kərbəlada İmam Hüseyni (ə), Nəcəfdə İmam Əlini (ə), Mədinədə Peyğəmbəri (s) ziyarət edən, yaxud filmlərdə müşahidə edən kəs onlar (ə) barəsində, onların mübarizə yolları barəsində öyrənir.

Nəticədə öz ruhiyyəsində bu mübarizlərin həyat tarixçəsinin izlərini görür. Beləcə insan həm özü “yaşayır”, həm də bu böyük şəxsiyyətlərin tarix və ideologiyalarını gələcəyə ötürür.

Yaxud öz əcdadının, ata-babasının məzarını xatırlamaqla, ziyarət etməklə öz milli kimliyinə və mənsubiyyətinə dahada bağlanır. Bu da cəmiyyətin ən mühüm amillərindən biri olan ailə bağlılığlarını daha da möhkəmləndirir.

Yaxud bu gün qəbir ziyarəti kimi bir dəyər düşmən təbliğatı ilə aradan aparılarsa şəhidlərmizin və şəhidliyin dəyəri aradan gedər. Bu da vətən, torpaq anlayışına xəyanətdir.

Qısa bir yazıda töxuna biləcəyimiz bu qədər önəmli bir dəyərlərin olmasını təbii ki, müxaliflər istəməzlər.

Qəbir ziyarətlərinin ikinci bir faydası isə mərhumlara faydamızın olması baxımındandır. Çünki həzrət Peyğəmbərdən nəql olunan hədislərdə deyilir:

Öz ölülərinizə hədiyyə göndərin. Soruşurlar, Ey Allahın rəsulu (s) onlar üçün ən yaxşı hədiyyə nədir? Peyğəmbər (s) buyurdu: Sədəqə və dua. (Mustədrəkul-vəsail)

Həmçinin Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə buyrulur: Hər cümə axşamı möminlərin ruhu öz evlərinin üzərinə gələr və qəmgin halda ev əhlinə nida edər ki, mənə qarşı mehriban olun! Əlinizdə olan malınızla bizə rəhm (yaxşılığ) edin.

Həmçinin İmam Sadiq (ə) buyurub: Dünyasını dəyişən insana ehsan edən şəxsin etdiyi əməlin savabı həm insanın özünə, həm də mərhumun xeyrinə yazılır. (Zadul-məad. 574)

Bütün bu deyilənləri diqqətə alaraq şəhidlərimizi, yaxınlarımızı, müqəddəslərimizi ziyarət etməklə həm onları, həm tariximizi və dəyərlərimizi yaşadaq, həm də bu dəyərlərimizi sağlam şəklidə gələcəyə ötürək. Əgər onların ziyarətlərini tərk etmiş olarıqsa, onların özlərini tərk etmiş oluruq.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031