Dünya və axirət xeyrinə çatmaq istəyirsinizsə, tamahkar olmayın
Bir çox insanların Qiyamət günündəki halı - həsrət çəkmək olacaqdır. Həsrətlərindən biri - iman gətirmədiklərinə görə olacaqdır, biri ömrünü boş işlərə hədər verdiyi üçün olacaqdır.
O birisi - yerinə yetirməli olduğu, lakin etmədiyi ibadətlərə görə olacaqdır. Bəs bu həsrətlərin ən böyüyü hansı olacaqdır? Mal və sərvət elə bir şeydir ki, bir çoxları onların qarşısında zəiflik göstərərlər. O qədər zəifdirlər ki, ona çatmaq üçün hər bir işi görərlər. Haram maldan tutmuş, qətl və qarətə qədər. Bir çoxlarımız elə bu həyatda həsrət çəkirik ki, niyə başqlarının malik olduqları qədər sərvətə malik deyilik. Əgər ticarətdə zərər çəksək, gecə və gündüz qüssə yeyərik. Əgər qazanc əldə etsək, sevinirik və tamah hissimizi güclənir. Bütün bunlar bizim mal və sərvətə olan hərisliyimizə görədir. Dünya tamahı axirətimizi bada verir. İmam Sadiq (ə) buyurur: “Əgər gözünüzün aydın olmasını və dünya, axirət xeyrinə çatmaq istəyirsinizsə, tamahkar olmayın. İnsanlardan ümidinizi kəsin”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Hərislikdən çəkinin ki, keçmişdəkilər hərisliklərinə görə həlak olublar. Hərislik onları simicliyə vadar etdi və xəsis oldular. Qohumluq əlaqəsini kəsməyə vadar etdi və bu əlaqəni kəsdilər. Pisliyə vadar etdi, pis əməl sahibi oldular”. Hərislik və tamahkarlıq sahibini haram mal yeməyə vadar edər. Öz hədəflərinə çatmaq üçün haqqı nahaqqa dəyişərlər. Dünya malı toplamaq üçün axirətlərini bada verərlər. O kəs ki, hərislik və tamah yolu ilə mal əldə edər, güman edər ki, bu dünyada əbədi olaraq qalacaqdır. O zaman ki, ölüm yaxasından yapışar, o zaman yuxudan ayılar. Bu zaman başa düşər ki, dəyərsiz şeylər üçün axirətini bada vermişdir. Bu həsrət nə qədər də acı bir həsrətdir. İmam Əli (ə) insanların Qiyamət günü çəkəcəkləri ən böyük həsrəti belə bəyan etmişdir: “Qiyamət günü ən böyük həsrət - o həsrətdir ki, insan Allahın razılığı olmayan malı toplayar və onu elə kəs üçün qoyub gedər ki, varisi o malı Allaha itaət yolunda xərcləyər. Ona görə də behiştə gedər. Ancaq birinci şəxs cəhənnəmə gedər”. İmam Əli (ə) buyurur: “İnsanın ən qəribə bədən üzvü - ürəyidir. Əgər arzu etsə, tamah onu xar edər. Əgər tamah etsə, hərislik onu məhv edər. Əgər ümidsizlik ona hakim olsa, qəm onu öldürər. Hər səhlənkarlıq onun üçün ziynavericidir. Hər həddini aşmaq - onun üçün xarabedicidir”. Beləliklə deyə bilərik ki, Qiyamət günü ən çox həsrət çəkən insanlar o kəslərdir ki, axirətlərini dünya üçün satıblar. /Deyerler.org/ Oxşar xəbərlər
|