İmam Sadiq (ə) öz dünyadan köçənlərini daima belə yad edərdi
Qurani Kərim insanın bütün əməllərinin yazılaraq qorunub saxlanıldığını zikr edir. Hətta qoyub getdiklərini belə xatırladır və qoyub getdikləri belə onun üçün yazılır. Yasin surasində buyrulur:
“Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.” (Ayə-36) Peyğəmbər (s) insanın qoyub getdiklərini xatırladaraq 3 şeyi önə çəkir: İnsan öldükdən sonra onun əməl dəftəri bağlanar. Yalnız üç yolla ona savab və fayda çatır və bu onun üçün yazılır: Xalq mənfəəti üçün bir şey qoyub gedə, insanlar ondan faydalana, faydalı şagird yetişdirə, faydalı kitablar yaza, və özündən sonra onlar üçün dua edəcək, ehsan edəcək əməlisaleh övlad qoyub getdə. Həmçinin bütün bunlarla bərabər Peyğəmbər (S) buyurub: Mərhum şəxs üçün ən yaxşı hədiyyə sədəqə və duadır. Əllamə Məclisi “Zadul-məad” kitabında yazır: ““İmam Sadiq (ə) hər axşam övladına, hər gün isə ata-anasına 2 rəkət hədiyyə namazı qılardı. Həzrət (ə) bu namazın birinci rəkətində “Qədr” surəsini, ikinci rəkətdə isə “Kövsər” surəsini oxuyardı.”” Oxşar xəbərlər
|