“Gecə gündüzü keçə bilməz” ayəsi nəyə işarə edir?
Qurani-Kərim əsasən insanlara doğru yol göstərən, insanlara onların nə üçün var olduğlarını və nə etməli olduğlarını bəyan etmək üçün göndərilmiş ilahi bir kitabdır.
Bu kitab insanlara doğru etiqadı və şəriət hökümlərini, əxlaqi davranış qaydalarını izah edir. Bütün bunlarla bərabər müxtəlif qəli və düşündürücü misallar çəkir. Bu misallar ya tarixi bir hadisəni nəql etməklə, ya da Allahın qüdrət nişanələrini əks etdirən müxtəlif elmi misallar çəkməklə olur. Bu misallardan biri də bütün göy cismlərinin hərəkəti yaxud günəş və ayın nizamlı hərəkətinə işarə edən ayələrdir. Bu mətləbləri Quran ilki öncə belə bəyan edir: “O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. O Rəbbin ki, bir ölçü təyin etdi və yönəltdi.” (Əla-2-3) Bu ayələr bütün yaradılışın nizam və ölçü ilə olduğunu və Allahın yönəltməsi ilə sabit olduğunu nəzərə çatdırır. Digər bir ayədə isə: Nə günəş aya çatmaz, nə də gecə gündüzü keçməz. Hər biri bir göydə ( öz dairəsində) üzər.-Yasin (40) Ayədə keçən “Gecə gündüzü keçməz” ifadəsində nəyə işarə oluması barədə “Hawzahnews.com” agentliyi Seyyid Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlayıb: Sual: “Nə günəş aya çatmaz, nə də gecə gündüzü keçməz.” Gecə gündüzü necə keçə bilər, bunlar cismdirmi ki biri-birini krçsin? Cavab: Təfsir-mizanda qeyd olunur: Qəsd olunan məna budur ki, şünəş və ay öz təyin olunmuş xətti üzrə hərəkət edir. Təyin edilmiş nizam davam edərsə şünəş aydan önə keçə bilməz. Yaxud gecə gündüzdən. Onlar nizamda bir-birini davamlı şəkildə təqib edirlər. Sonra ayənin sonunda hər bir səma cisminin özünə məxsus xətti və hərəkət olduğu bildirilir. Bütün bunlar önə keçmənin mümükün olmaması səbəbidir. Quranda gecə və gündüzün cis olmasına dəlalət edən ayə yoxdur. Bu önə keçmə cismi deyildir. Mümkündür ki, bu zaman etibarı ilə olsun. Oxşar xəbərlər
|