Namazqılanın yerinin (namaz qıldığı yerin) səkkiz şərtini bilirsizmi?
Birinci şərt: Mübah olmalıdır (qəsbi olmamalıdır).
Namazqılanın yeri qəsbi olmamalıdır. Qəsbi yerdə namaz qılmaq hərçənd onun üzərində olan xalça və bu kimi döşəmələr qəsbi olmasa belə, batildir. Yerin qəsbi olduğunu bilmədən ya unutmaq üzündən qəsbi yerdə namaz qılarsa namaz səhihdir. Habelə qəsbi yeri istifadə et-məyin haram olduğunu bilmədən orada namaz qılarsa namazı səhihdir. Əgər bir şəxs başqası ilə bir yerə şərikdir belə ki, hər birinin səhmi (payı) ayrılmayıb və müəyyən edilməyibdir, şərikinin razılığı olmadan o yerdə namaz qıla bilməz. Əvvəldən vəqf olduğu məlum olan bir mülkü dövlət götürüb məscid ya məktəb və ya idarə tikibdirsə, dövlətin bu işinin şəri icazəsi və ixtiyarı olmasına qəbul olunası bir ehtimal verilərsə, o məkanda namaz qılmaq işkalsızdır. Həmçinin sahiblərinin icazəsi olmadan onlardan alınıb məktəb tikilən yerlərin lazımı orqanlardan qanuni və şəri icazə əsasında bu işi görmələrinə qəbul olunan ehtimal verdikdə, o məkanda namaz qılmaq olar. Dövlət mənzillərində yaşayan şəxslərin orada yaşamaq müddəti sona çatdıqda və mənzili təhvil vermək bildirişi onlara yetişdikdən sonra, qalan müddətdə o mənzildən istifadə icazəsi olmazsa, onların hər növ istifadəsi (o cümlədən namaz qılmaqları) qəsb hökmündədir. Keçmişdə yeri qəbristan olan idarələrdə namaz qılmaq və digər istifadələrin işkalı yoxdur. Amma əgər o yerin qəbristan üçün vəqf edilməsi və hazırda qeyri-şəri istifadəsi şəri yolla sabit olarsa, hər növ istifadə o cümlədən namaz qılmaq haramdır. Zalım dövlət istifadə etdiyi məkanların qəsb olunduğu məlum olarsa, qəsbin bütün hökmləri o yerlərə də, aid olur. İkinci şərt: Hərəkətsiz olmalıdır. Namazqılanın yeri gərək hərəkətsiz olsun yəni belə olsun ki, namazqılan aramlıqla və bədəni hərəkət etmədən namaz qıla bilsin. Buna əsasən maşın və bəzi yumşaq taxtlar kimi öz-özünə yellənən yerlərdə namaz səhih deyil. Amma vaxtın darlığı kimi məcburiyyət qarşısında qaldıqda belə yerlərdə namaz qılmaq olar. Şəhərlərarası avtobuslarla səfər edən müsafirlər namaz-larının vaxtı keçmək təhlükəsi olduqda gərək sürücüdən münasib bir yerdə avtobusu saxlamağı istəsinlər və sürücüyə də onların istəklərinə müsbət cavab verməsi vacibdir. Hər halda məqbul üzrü olub ya olmadan maşını saxlamadıqda, əgər vaxtın keçməsi qorxusu varsa, müsafirlər namazlarını avtobus hərəkətdə olan halda qılacaqlar və imkan həddində qiblə, qiyam, rüku və sücudu da riayət etməlidirlər. Üçüncü şərt: O yerlərdən olmasın ki, orada dayanmaq haramdır. Namazqılanın yeri o yerlərdən olmamalıdır ki, orada dayanmaq haramdır, məsələn, insanın canı ciddi təhlükədə olan yerlər kimi, həmçinin üzərində oturub-durmaq haram olan yerlər kimi, məsələn, hər yerinə Allah adı ya Quran ayəsi yazılan ya həkk edilən xalçalar kimi. Dördüncü şərt: Peyğəmbər (s) və İmamın (ə) qəbrindən qabaqda durmamalıdır. Namazqılan Peyğəmbər (s) və İmamın (ə) qəbrindən qabaqda durmamalıdır, amma bərabər durmağın işkalı yoxdur. Beşinci şərt: Namazqılanın səcdə etdiyi yer pak olmalıdır. Namazqılanın səcdə etdiyi yer pak olmalıdır, amma alnını qoyduğu yerdən başqa yerlərin nəcis olmasının işkalı yoxdur və namaz səhihdir. Altıncı şərt: Namazqılanın libas və bədəninin nəcis olmasına səbəb olmamalıdır. Namazqılanın məkanı nəcis olarsa və yaş olması nəticəsində onun libas ya bədəninə keçərsə, namazı batil edir, amma yaş az olduqda və libas ya bədəninə keçmədiyi halda və səcdə yeri də pak olarsa namaz səhihdir. Yeddinci şərt: Qadın və kişi arasında vacib ehtiyata əsasən namaz halında ən azı bir qarış fasilə olmalıdır. Vacib ehtiyata əsasən gərək namaz halında kişi və qadın arasında ən azı bir qarış fasilə olsun, bu zaman (yəni bu fasiləyə riayət edilərsə) kişi ilə qadının bərabər durması ya qadının kişidən öndə durması namaza zərər yetirmir və hər ikisinin namazı səhihdir. Səkkizinci şərt: Namazqılanın yeri hamar olmalıdır (aşağıda deyilən formada) Namazqılanın alın (səcdə) yeri onun dizlərinin və ayaq baş barmaqlarının yerindən bağlı şəkildə olan dörd barmaqdan yuxarı yaxud aşağı olmamalıdır. Kəbə evinin daxilində namaz qılmaq məkruhdur və vacib ehtiyat budur ki, Kəbənin banında namaz qılınmasın. Üzərinə şəkil çəkilmiş səccadələrdə namaz qılmaq və belə möhürlərə səcdə etmək özü-özlüyündə işkalsızdır, amma bu cür səccadələrdə namaz qılmaq və belə möhürlərə səcdə etmək bəzilərinə şiələrə töhmət vurmaq bəhanəsi yaradırsa, onda o səccadələrin və möhürlərin istehsalı, habelə onların üzərində namaz qılıb və onlara səcdə etmək caiz deyil. Həmçinin bunlar zehnin yayınmasına və hüzuri-qəlbin aradan getməsinə səbəb olarsa məkruhdur. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|