İnsan Allahı necə sevməlidir? – Məsumların (ə) mübarək izahı
İmam Sadiq (ə) buyurur: “İnsanın imanı pak və xalis olmaz, məgər o halda ki, Allah onun üçün canından, malından, atasından, anasından, övladından, ailəsindən və bütün insanlardan daha sevimli olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah buyurur: “Heç bir bəndə vacibatı yerinə yetirmək kimi ən yaxşı şeylə Mənə dostluq və məhəbbətini bildirməmişdir. Bəndə nafilələri yerinə yetirərək, Mənə qarşı məhəbbət və sevgisini bildirər, o yerə qədər ki, Mənim məhbubum olar. O zaman ki, Mən onu sevərəm, eşitdiyi qulağı olaram, gördüyü gözü olaram. Danışdığı dili olaram, tutduğu əli olaram, yol getdiyi ayağı olaram. Əgər məni çağırarsa – gələrəm. Əgər Məndən bir şey istəyərsə - ona verərəm”. İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, o kəs dünyanı sevər və biz Əhli-Beytdən (ə) qeyri vilayətdə olar – Allahı sevməz”. İmam Sadiq (ə) buyurur: “Allahı sevən insan o kəsdir ki, Allahla münacat zamanı mələklər onun varlığı ilə qürur duyar və görüşdüklərinə görə iftixar edərlər. Allah onun vasitəsilə şəhərləri abad edər. Onun kəramət və ali-cənablığına görə bəndələrinə kəramət bağışlayar. Bəndələrinin istəyini ona görə əta edər. Onun vasitəsilə bəlanı insanlardan dəf edər”. İmam Sadiq (ə) buyurur: “O insan ki, Allahın sevimlisidir – batini bütün insanlardan daha xalisdir. Hamıdan daha çox düz danışan, hamıdan daha çox əhdinə vəfa edən, əməlləri hamıdan daha pakdır. Zikri hamıdan daha saf, varlığı hamıdan daha abiddir”. İmam Əli (ə) buyurur: “Allah sevgisi elə bir atəşdir ki, hara qoysan – oranı yandırar. Heç bir şeyə nur saçmaz, məgər o halda ki, onu aydın və nurani edər”. İmam Əli (ə) buyurur: “Behiştdə ən yaxşı və ən ləzzətli şey – Allah sevgisi və məhəbbəti, Allah yolunda edilən dostluq, aləmlərin Pərvərdigarına həmd və sitayişdir”. İmam Sadiq (ə) buyurur: “(Allahı) sevmək, Allahdan qorxmaqdan daha üstündür”. /Deyerler.org/ Oxşar xəbərlər
|