Səbrin dörd şöbəsi
Mьəllif: admin1
Tarix: 9-07-2018, 22:38
Səbrin dörd şöbəsi
Əmirəl-mömininə (ə) imanla bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Allah Təala imanı dörd sütunda qərar vermişdir: səbir, yəqin, ədalət və cihad”.

Səbrin dörd şöbəsi vardır: meyil, qorxu, zöhd və nəzarət. Hər kimin behiştə meyili olar – nəfsani istəklərini kənara qoyar. Hər kim cəhənnəmdən qorxar – haram işlərdən üz çevirər. Hər kim dünyada zahid olar – müsibətlər onun üçün asan olar. Hər kim ölümün intizarını çəkər – yaxşı əməllər görməyə tələsər.

Haqq ağırdır. Ancaq Allah onu səbirlilər üçün asan etmişdir.

İmam Əli (ə) başqa yerdə buyurur: “Yaxşılığı və əməli riyadan uzaq olmaq üçün gizli saxlamaq, narahatlıqlara səbir etmək, müsibətləri gizlətmək- behiştin xəzinələrindəndir”.

Həzrət Əli (ə) buyurur: “Haqqın acılığına səbir et. Ehtiyatlı ol ki, batilin şirinliyinə aldanmayasan”.

İmam Baqir (ə) buyurur: “Behişt – səbir və xoşagəlməz hadisələrlə mühasirə olmuşdur. Hər kim dünyada müsibətlərə səbir edər – behiştə daxil olar. Cəhənnəm xoşluqlar və heyvani şəhvətlə mühasirə olunmuşdur. Ona görə də hər kim şəhvət və ləzzət ardınca olar – atəşə daxil olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031