İmam Əli (ə) təfəkkürsüz dini, idraksız həyatı belə anlatdı
Mьəllif: admin1
Tarix: 12-07-2022, 11:44
İmam Əli (ə) təfəkkürsüz dini, idraksız həyatı belə anlatdı
Həzrət Əli (ə) insanlığın kamillik nümunəsidir. Bunu o Həzrətin (ə) əməllərində və sözlərində də tam şəkildə müşahidə etmək olur. Daima öz qisa, lakin əhatəli kəlamları ilə insanları heyrətləndirən İmam (ə) din, həyat, insanlıq barədə də mühüm tövsiyələr verib.

İmam (ə) dinin nə dərəcədə əhəmiyyətə malik olması, dinin bizdən nə istədiyini və insan həyatının hansı istiqamətdə dəyər qazandığını xatırladan bir kəlamında buyurub:

“Ey insanlar fəhm (düşüncə) və agahlıq olmayan dindarlığda fayda yoxdur!

Təfəkkürlə keçməyən ömürdə xeyir yoxdur!

Təqva ilə yanaşı olmayan ibadətdə fayda yoxdur!” (Məhasin 1/65)

İmam bu hədisdə 3 əsas fürsəti 3 mühüm amillə dəyərləndirib.

1) Dindarlığı fəhm və agahlıqda - Dih hökümləri iki hissədən ibarətdir: Əqidə və əməl bəhsi. Əməl bəhsində insan öz əməllərini elmdə icdihad etmiş alimin fətvaları ilə uyğunlaşdırmalıdır. Əqidə mövzusundə isə insan öz düşüncələrini Quran ayələri, hədislər və elm əhlinin verdiyi istiqamət işığında formalaşdırmalıdır.

Həmçinin bütün bunlar idrak və düşüncə ilə yanaşı olmalıdır. Çünki insanın ucala biləcəyi zirvə onun məsələlərə olan idrakı qədərindədir. Bütün bu idrak və düşüncə də agahlıqla bərəbər olmalıdır. Çünki din insanı yalnız fərd olaraq mükəlləf etmir, həmçinin içtimai varlıq olaraq da mükəlləf edir.

Insan öz islahı ilə bərabər Allah dinin digər fərdlərə yetişməsinə və cəmiyyətin islahıda, yer üzündə ədalətin və insanlığın bərpasına çalışmalıdır. Həmçinin fitnə və hiylələr zamanı iblis xislətlərin əlində alət olmamalı, özünü və dinini qorumalıdır. Necəki bu peyğəmbərlərin vəzifəsi olub və onlar belə ediblər.

2) Ömürü təfəkkürdə - Təfəkkür insan həyatında çox önəmlidir. Bu yalnız insana xas bir dəyərdir. Hər şeydən öncə bu dəyər insanın əlindən tutur. İstər Allah barəsində ilkin, itidai təfəkkür olsun, istərsə də yaşadığı müddətdə həyatının digər sahələrində olsun. Hər bir sahədə insana ilkin istiqamət verən təfəkkürdür.

Təfəkkür olmadığı təqdirdə insan dəryada istiqamətini itirmiş gəmi kimidir. Əsəl “yellər” onu doğru olmayan istiqamətlərə aparar. Bu səbəbdən təfəkkür insanın həm düzgün dini idologiyasının formalaşmasında, həm də həyatda sabit qədəmli olmasında çox mühümdür.

3) İbadəti təqvada - İbadət yalnız Allah üçün olan bir dəyərdir ki, bunlar iman, sevgi və qorxu əsasında olmalıdır. Bütün bunlar birlikdə insanda imanın ən üstün formasını olan “təqvanı” formalaşdırır.

Təqva əsasında olan ibadət isə insanın kamilləşməsində ən mühüm amildir. Əks halda o kəsdə heç bir mənəvi yüksəliş hasil olmaz, ibadəti ona fayda verməz.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031