Əllamə Bəhrul-ulumun İmam Zaman ağadan (ə.f) aldığı təbərrük
Mьəllif: admin1
Tarix: 12-07-2022, 11:47
Əllamə Bəhrul-ulumun İmam Zaman ağadan (ə.f) aldığı təbərrük
Axund Molla Zeynəlabidin Səlmasi, Bəhrul-ulumun şagirdlərindən olmuşdur ki, nəql edir:

“Mən o zaman ki, Seyyid Məhdi Təbatəbainin (Bəhrul-ulumun) şagirdi idim, çox kasıb idim və bu mövzunu müəllimimə demişdim. Bəhrul-ulumun adəti belə idi ki, hər səhər Kəbə evini təvaf edər və evə qayıdardı.

O gün ki, ruzimdən şikayət etmişdim, alimin evinin qapısı döyüldü. O, narahat halda qapını açdı və ərəb paltarında olan bir insan içəri daxil oldu.

Seyyidin otağında əyləşdi və seyyid də ədəb qaydasına əməl edərək, qapının yanında əyləşdi. Bir-biri ilə saatlarla söhbət etdilər. Sonra ayağa qalxdı və qapını açıb, həmin şəxsin əlindən öpdü. Onu qapısının önündə yatan dəvəyə mindirdi.

Qonaq getdi və alim rəngi qaçmış halda gəldi. Mənim əlimə bir kağız verdi ki, orada müraciət yazılmışdı. Mənə dedi: “Bu, Səfa bazarında olan pul dəyişən bir tacirə çatacaqdır. Onun yanına get və ona tapşırılanları alıb gətir”.

Mən bu müraciəti alıb həmin şəxsin yanına getdim və həmin kağızı ona verdim.

Kişi bu kağızı oxuyub, onu öpdü və dedi: “Get bir neçə hanbal gətir”.

Getdim və dörd hanbal gətirdim. Həmin dörd nəfərin apara biləcəyi qədər pulu həmin hanbalların belinə yüklədi. Onlar da həmin pulu mənzilə gətirdilər.

Mən bazara qayıtdım ki, həmin şəxsin kim olduğunu soruşam, ancaq bazarda nə həmin şəxsi tapdım və nə də onun mağazasını. Ətrafda olanlardan soruşdum və mənə dedilər ki, biz indiyə qədər burada pul dəyişən dükan – sərraf dükanı görməmişik””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031