Məkkənin imamcüməsinin hidayəti
Keçmiş zamanlarda Məkkənin imam-cüməsi böyük alim idi ki, zahidlik və təqva baxımından ali məqama çatmışdı. O zaman ki, namaza iqamə üçün gedirdi, heç kəslə söhbət etməzdi.
Bir gün Bəhrul-ulum məscidə gedir və ona iqtida edir. Namazdan sonra alimlə bir yerdə onun evinə gedir. O zaman ki, evə daxil olur, bir kitabxana görür ki, dəyərli kitablarla doludur. Bəhrul-ulum soruşur: “Sizin kitabxanada hansı kitablar vardır?”. O, cavabında deyir: “Hər nəyə ki, insan meyil edər və göz onu görmək şövqündə olar və ləzzət aparar – burada mövcuddur”. Bəhrul-ulum soruşur: “Əbu Hənifənin “Rical” kitabı vardır, o sizdə mövcuddur?”. Deyir: “Yoxdur, ancaq onu görmüşəm”. Bəhrul-ulum deyir: “Həmin kitabda Əbu Hənifə İmam Sadiqi (ə) vəsf edir. Mən onun yanında dərs oxumuşam və hər gün ondan 70 məsələ öyrənmişəm”. İmam-cümə qulaq asır və sükut edir. Bəhrul-ulum yerindən qalxır ki, evinə getsin, o da seyidlə birlikdə qalxır və onun evinə gedir. Seyyid imam-cüməni evinə dəvət edir ki, istirahət etsin, deyir: “Gəlməkdə məqsədim sizin evinizi tanımaq idi”. Bir ildən sonra imam-cümə Bəhrul-ulumun dalınca bir adam göndərir və seyid gələn zaman imam-cüməni can verən halda görür. Yatağının kənarında əyləşir. İmam-cümə otağı insanlardan boşaldır və deyir: “O gündən ki, İmam Sadiqi (ə) vəsf etmisən, mənim ona etiqadım yarandı. Ancaq indiyə qədər heç kəs ondan xəbərdar olmamışdır. Məni onun məzhəbi ilə qüsl edərsən, kəfənləyib namaz qılarsan”. /Deyerler.org/ Oxşar xəbərlər
|