Cümə namazında niyə 2 qunut tutulur?
Mьəllif: admin1
Tarix: 13-07-2018, 19:28
Cümə namazında niyə 2 qunut tutulur?
İlahi ibadət Allah bəndələri üçün həmişə xüsusi şövq və ləzzətə malik olmuşdur. Bu ibadətlər içərisində cümə namazının xüsusi yeri vardır.

İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”.

Niyə cümə namazında iki qunut tutulur?

Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:

1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.

2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür.

İnsan hər nə qədər cümə namazını unutsa, bir şeyi yadda saxlayar ki, onun qılınma qaydası başqalarından fərqlidir. Bu namaz – adi namaz deyildir.

Yəni, cümə namazının 2 qunutu bu namazı fərqləndirmək və ona xüsusi təntənə verməyə gətirib çıxarır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031