Quran həqiqi hicabın hansı şəkildə olmasını, onun hikmət və fəlsəfəsini necə bəyan edir?
Hicab İslamın vacib hökümlərindən, fərdi və içtimai baxımdan ən zəruri məsələlərindəndir.
Örtük mənasını verən hıcab anlayışı geniş məfhuma malik bir məsələdir. Bu örtük həm əxlaq və mənəviyyat sahələrini, həm də bədənin zahirinin örütlməsi kimi sahələri əhatə edir. Mənəviyyat hicabı insanın daxılı aləminin, iffət və hayasının formalaşması mənasındadır. Bədənin örtülməsi isə bir növ daxildə formalaşan bu hisslərin tələbidir. Daxilində iffət və həya kimi müqəddəs hisslər formalaşan hər bir kəs zahirdə, əməl və rəftarında hisslərinin tələbinə yuğun davranır. Hicab dedidikdə ilk öncə insanın zehninə İslamın vacib etdiyi örtük və geyim məfhumu gəlir. İslam dini qadınlara hicabı (örtüyü) vacib edib. Bu örütük yalnız başı deyil, üz və əllər istisna olmaqla ümumilikdə bədənin örtülməsi mənasındadır. Daha dəqiq desək örtülməklə yanaşı bədən formasının bilinməməsi və iffətin qorunması mənasındadır. Çünki İslam dini iffət və həyaya böyük önəm vermiş, bu məsələni çəmiyyətin ən zəruri məsələlərindən hesab etmişdir. Bu səbəbdən hicab, xüsusən də qadınların örtülməsi Allahın vacib hökümlərindəndir. Mütəal Allah bu hökümlə cəmiyyəti, xüsusən də qadını qoruyur. Qurani Kərim hicabın necəliyini (keyfiyyəti), hansı şəkildə olmasını, hikmət və fəlsəfəsini necə bəyan edir? Qurani Kərim hicabın zərurətini həm fərdi, həm də içtimai baxımdan dəyərləndirir. Örtünmənin şəklini, hikmət və fəlsəfəsini bir neçə yerdə bu şəkildə bəyan edir: 1) Beləki örtük insanın cismini də qoruyur, qəlbini və düşüncəsini də. Qadın hicab örtməklə sanki özü ilə cəmiyyətin digər fərdləri arasında bir fərdə çəkir. Bu pərdə onu artiq ünsiyyət və yersiz söhbətlərdən qoruyur. Quran bu məsələni peyğəmbərin (s) xanımlarını misal çəkmələ aydınlıq gətirir və deyir: “Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər.” (Əhzab-53) 2) Quran hicabı əziyyətlərin qarşısını alan, qadının içtimai fəaliyyətində onu qoruyan bir sipər, öz iffətini qorumaq istəyən üçün möhkəm bir vasitə görür: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə (qadınların) de ki, (evdən çıxdıqda) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.” (Əhzab-59) 3) İslam qaydalarına uyğun geyinmənin digər bir mühüm faydası da cəmiyyətdə əxlaqi dəyərlərin qorunmasına xidmət edir. İstər kişi olsun, istər qadın bu nizam-intizama, Allah qarşısında olan öhdəliyinə əməl etmədikdə içtimai fəsad yaranır. Bir müddət sonra isə bu hal adiləşib əxlaqi dəyərlərin və iffət anlayışının aradan getməsinə səbəb olur. Qadın kişiyə, kişi qadına yalnış şəhvət və tamahla baxır. Quran bunun qarşısını almaq üçün buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (bədənlərini) qorusunlar... (Nur 30-31) 4) Hicab, örtünmək barədə digər bir mühüm məsələ isə bu örtüyün necə olamsı, hansı formada olması barədədir. Hicab barədə danışıldıqda önə çəkilən əsas məsələ saçın, bədən üzvlərinin örtülməsidir. Lakin unutmaq lazım deyil ki, bu örtünmə qədər mühüm olan digər bir məsələ də bədən fornasının bilinməməsidir. Quran bu məsələni açıq şəkildə belə izah edir: “Mömin qadınlara de ki, ... öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (bədənlərini) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə (sinələrinə) çəksinlər...” (Nur-31) 5) Quran hicabla bağlı ayələri qeyd etdikdən sonra daha bir mühüm mətləbə işarə edir. Yəni zahiri hicaba riayət etməklə vəzifə bitmir. Qadın gərək bütün hallarda Allahın ona bəxş etdiyi qadın izzətini qorusun: “...gizlətdikləri bəzək şeylərini (bədən formalarını) göstərmək (aşkar etmək) üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar...” (Nur-31) İslam qanunları insanı fərdi fəaliyyəti ilə yanaşı içtimai fəaliyyətində də məsul bilir. Bu qanunlar öz əzəməti ilə həm insanın daxili aləmini, həm də onun xarici mühitini nizama salaraq qoruyur. (İslaminSesi) Oxşar xəbərlər
|