Qiyamət günü Allah Təala bu üç dəstə insana nəzər salmayacaqdır
Mьəllif: admin1
Tarix: 14-05-2022, 11:45
Qiyamət günü Allah Təala bu üç dəstə insana nəzər salmayacaqdır
Allah Qiyamət günü bütün insanlarla danışacaqdır (təbii ki, özünəməxsus mənada. Çünki, Uca Allah maddi deyil və vəsfolunmazdır), üç dəstə insandan başqa. Bəs bu üç dəstə insan kimlərdir?

İmam Sadiq (ə) buyurur: “Elə kəslər vardır ki, Allah Qiyamət günü onlara nəzər salmayacaq və onlarla danışmayacaqdır.

1. Birinci dəstə o kəslərdir ki, xilafəti qəsb edib, haqsız yerə İmamların (ə) yerində əyləşiblər.

2. İkinci dəstə o kəslərdir ki, İmamlarla (ə) və Allahın İmam təyin etdikləri ilə vuruşar.

3. Üçüncü dəstə o kəslərdir ki, bu iki əvvəlki dəstə üçün bir zərrə imana və paya malik olarlar”.

Bu üçüncü dəstə özləri vuruşmaz və düşmənçilik etməzlər. Ancaq o iki dəstənin hərəkətlərini görər, onları həqiqi müsəlman hesab edərlər.

Ona görə də onlar da əvvəlki iki dəstə ilə birlikdə cəhənnəmə daxil olar və İlahi rəhmətdən məhrum olan kəslərdən olarlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031