Zilqədə ayının hər bazar gününə məxsus namaz
Mьəllif: admin1
Tarix: 13-06-2021, 10:38
Zilqədə ayının hər bazar gününə məxsus namaz
Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.

Mərhum Mirzəcavad Aqa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o həzrət öz səhabələrinə xitabən buyurdu: “Sizin hansı biriniz tövbə etmək istəyir?”

Səhabələr hamılıqla müsbət cavab verdikdə, o həzrət buyurdu: “Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra iki rükət – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılın.

Namazdan sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.

Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu`¬mi¬ninə vəl mu`minat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.

(“Əl-muraqibat” kitabından iqtibas, Mirzəcavad Aqa Məliki Təbrizi.)

(Maide.az)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031