AĞIRLIQQALDIRANLAR VƏ PEYĞƏMBƏRİN (S) ONLARA NƏSİHƏTİ
Mьəllif: admin1
Tarix: 16-07-2018, 11:21
AĞIRLIQQALDIRANLAR VƏ PEYĞƏMBƏRİN (S) ONLARA NƏSİHƏTİ
Müsəlman gənclər ağırlıqqaldırma və gücsınama müsabiqəsi keçirməyə məşğul idilər. Meydanın ortasına qoyulan böyük daş gənclərin güc, şücaət və mərdlik meyarı hesab olunurdu. Hər kəs onu gücü çatdığı qədər hərəkət etdirirdi. Bu zaman Peyğəmbər (s) onların yanından keçərkən soruşdu: “Nə edirsiniz?”

Gənclər dedilər: “Gücümüzü sınayır və hansımızın daha qüvvətli olduğunu bilmək istəyirik.”

Peyğəmbər (s) buyurdu: “İstəyirsinizmi mən kimin daha güclü olduğunu deyim?”

Gənclər dedilər: “Əlbəttə, bundan yaxşı nə ola bilər ki, Peyğəmbər (s) özü müsabiqənin hakimi olsun və bizə iftixar nişanəsini versin.”

İştirakçıların hamısı intizar halında gözləyirdilər ki, Peyğəmbər (s) onlardan hansını qəhraman elan edəcək. Bir çoxu öz-özünə düşünürdü ki, indicə Peyğəmbər (s) onun əlini tutub müsabiqənin qəhramanı seçəcək.

Peyğəmbər (s) buyurdu:

أشَدُّكُم وأقواكُمُ الذی إذا رَضِیَ لَم یُدخِلْهُ رِضاهُ فی إثمٍ ولا باطِلٍ، وإذا سَخِطَ لَم یُخرِجْهُ سَخَطُهُ مِن قَولِ الحَقِّ، وإذا قَدَرَ لَم یَتَعاطَ ما لَیسَ لَهُ بِحَقٍّ

“Hamıdan güclü və qüvvətli o şəxsdir ki, bir işdən xoşu gəldikdə, ona olan istəyi həmin şəxsi (haqq və insaniyyət yolundan çıxarıb) günah və batilə sürükləməsin. Bir şey üçün əsəbiləşdikdə (özünü ələ almağı bacarsın və) həqiqətdən başqa bir şey dilinə gətirməsin. Qüdrət və nüfuz sahibi olduqda, öz haqqından artığına əl uzatmasın.” (“Vəsail”, 2-ci cild, səh.469; “Dastane-rastan”, 27-ci dastan.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031