“Qaya üzərində bir ovuc torpaq” ayəsi nəyi izah edir?
Mьəllif: admin1
Tarix: 17-07-2018, 22:17
“Qaya üzərində bir ovuc torpaq” ayəsi nəyi izah edir?
Qurani-Kərimin müxtəlif növ ibarələri vardır. Bəzən bir mətləbi qəti şəkildə çatdırır, bəzən isə mətləbi başa salmaq üçün müxtəlif misallardan istifadə edir. Bu kimi misallardan biri də “Qaya üzərində bir ovuc torpaq” misalıdır.

Ayə münafiq və ya riyakarları tənqid edən, onların əməllərinin bəhrəsiz olacağını bəyan edən ayələrdəndir. Ayədə buyrulur:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə nail olmazlar.” (Bəqərə-264)

Əməllər yaxşı və pis olaraq iki cür dəyərləndirilir. Düzgün və faydalı işlər yaxşı, ziyanlı və faydasız işlər isə pis əməl hesab olunur.

İslam dinində isə əməlin yaxşı və pis olamsı yalnız əməlin görünən tərəfi ilə dəyərləndirilmir. Əməlin görünən faydalı tərəfi ilə yanaşı əməlin mənəvi tərəfi də zahir qədər önəmlidir. Əməlin özü qədər, hansı məqsədlə olunduğu da önəmlidir. Çünki əməl zahirdə yaxşı görünsə də, bu işin arxasında hiylə və xəbis niyyət dura bilər.

Yaxud ayədən göründüyü kimi əməlin ardınca ikiüzlülük, minnət, əziyyət ola bilər. İslama görə əməlin arxasında xəbis niyyətin olması əməli dəyərdən salır, zahirdə uyğun görünsə də Allah yanında heç bir qiyməti olmur.

Qurani-Kərim bu cür xəbis niyyətli, minnətli, əziyyətli əməlləri “Qaya üzərində olan bir az torpaq” kimi dəyərləndirir. Qaya üzərində əkin əkən bir kəsin məhsul gözləməsi ağıla uyğun olmadığı kimi, bu cür riyakarlığla görülən işdən mükafat gözlənilməsi də məntiqə uyğun deyildir.

Quran bu ayədə əməlin zay olmasına ən başlıca amil riyakarlığı səbəb gətirib. Riyanın səbəbini isə Allaha və axirətə inmsızlıqda görüb. Çünki insan riya etməklə öz əməlini Xaliqə deyil, məxluqa göstərməyə çalışır. Bu halda Xaliqdən mükafat gözləməsi ən azından ağıla ziddir.

Quran riya ilə, Allahdan qeyrisinin razılığını qazanmaq üçün görülən əməli “Qaya üzərindəki bir az torpaq” adlandırıb. Beləki torpaqın nazikliyi və yağışın yağması bu torpağı və onda əkilən toxumu yuyub aparar, “əkinçi” isə bundan heç bir bəhrə görməz. Yağan yağış torpaqı elə yuyar ki, sanki heçnə olmamış kimi. Riyakar insan bu əməli etməmiş kimi əliboş və mükafatsız qalar:

“Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə nail olmazlar.” (Bəqərə-264)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031