Əziz İslam Peyğəmbərin (s) adı çəkilən Quran ayələri
Mьəllif: admin1
Tarix: 4-10-2021, 11:09
Əziz İslam Peyğəmbərin (s) adı çəkilən Quran ayələri
Hədis və rəvayətlərdə 120 min peyğəmbərin elçi olaraq göndərildiyi bildirilir. Lakin təfsir alimlərinin qeydlərinə əsasən Quranda yalnız 25 peyğəmbərin adı çəkilir.

Quran bu peyğəmbərlərin bəzisini nəbi, bəzisini rəsul, bəzən də adları ilə bəyan edir.

Əziz İslam peyğəmbəri də Quranda nəbi, rəsul, həmçinin adı ilə qeyd olunur. Peyğəmbərin adı Quranda 4 dəfə zikr olunur:

“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz?” (Ali-İmran-144)

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab-40)

“İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir (yaxşılaşdıracaqdır).” (Məhəmməd-2)

“Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.” (Fəth-29)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031