Səxavətli ol, amma israfçı olma, qənaətçi ol, amma bərk olma!
Mьəllif: admin1
Tarix: 19-07-2022, 09:51
Səxavətli ol, amma israfçı olma, qənaətçi ol, amma bərk olma!
“Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi.”[1]

İmam Əli (ə) israfçılıq barəsində buyurmuşdur:

“Səxavətli ol, amma israfçı olma; qənaətçi ol, amma bərk olma!”[2]

“İsrafçılıq yoxsulluğun başlanğıcıdır.“[3]

“İsrafçılıq müflisliklə yoldaşdır.”[4]

“İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar.”[5]

İmam Sadiq (ə) “israfçılıq etmə” ayəsi barəsində buyurmuşdur: “Allahın itaətindən qeyri yolda bir şey xərcləyən kəs israfçı, xeyir və yaxşı yolda xərcləyən isə qənaətçidir.”[6]

İmam Sadiq (ə) əbu Bəsirin “israfçılıq etmə” ayəsi barəsindəki sualının cavabında buyurmuşdur: “İnsan öz malını tələf edir və əliboş qalır.” əbu Bəsir dedi: “Deməli halal malda da israfçılıq ola bilər?” İmam (ə) buyurdu:”Bəli.”[7]



[1] İsra, ayə 26, 27

[2] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.150

[3] Ğurərul-Hikəm, hədis 890

[4] Ğurərul-Hikəm, hədis 1043

[5] Ğurərul-Hikəm, hədis 9057

[6] Təfsir əl-Əyyaşi, c.2, səh.288, hədis 53

[7] Təfsir əl-Əyyaşi, c.2, səh.288, hədis54



(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031