Görmə qabiliyyətini gücləndimək üçün...
Görmə qabiliyyətini gücləndimək üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Daim Qurana baxan insan nə qədər ki, həyatdadır gözləri görəcək... Həzrət (s) buyurur: Qurana baxmaqla onu oxuyanın görmə qabiliyyəti qorunar. Göbələk və göz... Həzrət Peyğəmbər (s) buyurur: Göbələk behişt bitkilərindəndir. Göbələk suyu göz üçün faydalıdır... Göbələyin suyu gözə şəfa verər. Heyva və göz... Həzrət Peyğəmbər (s) buyurur: Heyva yeyin, bir-birinizə heyva bağışlayın. Çünki heyva gözü işıqlandırar, qəlbdə məhəbbət yaradar... Həzrət (s) buyurur: Heyva yemək gözün qaranlığını aradan qaldırar. İmam Hüseynə (ə) tövsiyələr... Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurdu: Övladım arxan üstə yat ki, qarnın kiçik olsun. Suyu aram iç ki, ləzzət alasan. Sürmə çək ki, gözlərin işıqlansın. İki gündən bir bədəninə yağ çək ki, peyğəmbər sünnəsinə əməl etmiş olasan. Yeməkdən əvvəl və sonra... Yeməkdən əvvəl və sonra əlləri yumaq yoxsulluğu, qəm-qüssəni aradan qaldırır, gözlərə sağlamlıq verir. Hamilə qadın üçün... Həzrət Peyğəmbər (s) buyurur: Hamilə qadına kundur verin. Əgər bətindəki uşaq kundurla qidalansa ürəyi möhkəm, düşüncəsi güclü olar. Övlad oğlan olsa cəsarətli, qız olsa gözəl olar. İlk dəfə xurma... Həzrət Peyğəmbər (s) buyurur: Övladlarınızın ağzını xurma ilə açın. Həzrət Peyğəmbər (s) Həsənə beləcə xurma verdi... Doğuşdan sonra... Yeni doğmuş qadın üçün xurmadan, xəstə üçün baldan faydalı şey yoxdur... Həzrət (s) buyurdu: Yeni doğmuş qadının ilk yediyi şey xurma olsa yaxşıdır. Allah-Taala Məryəmə buyurdu ki, ağacın budağını silkələ, təzə xurma tökülsün... Yeddi ədəd Mədinə xurması, olmasa yeddi ədəd əyalət xurması yedirin. Allah buyurur ki, and olsun izzət və cəlalıma yeni doğmuş qadın xurma yesə övladı dözümlü olar. Südün təsiri... Həzrət Peyğəmbər (s) buyurur: Xəstə, gözü zəif qadını dayə tutmayın. Çünki südün təsiri var... Körpəyə ona süd verən qadının xüsusiyyəti sirayət edir. Bədəndə alanın səbədi... Beş şey bədəndə alaya səbəb olur: Cümə və çərşənbə günləri bədənə nurə çəkmək (tükü tökmək üçün), günəş altda qızmış su ilə dəstəmaz və qüsl, cünub halda nəsə yemək, heyz zövcə ilə yaxınlıq, tox ikən yemək. Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti) Oxşar xəbərlər
|